Fransa prezidenti Nikolya Sarkozi Fələstinin BMT üzvü olmaq barədə müraciətinə ABŞ-ın veto qoyacağı halda Yaxın Şərqdə yeni zorakılıq dalğasının başlayacağını bildirib.
Fransa lideri öz növbəsində kompromis variant təklif edib: BMT-də tamhüquqlu üzvlük əvəzinə Fələstinə müşahidəçi ölkə statusu vermək və bir ilin ərzində Israil və Fələstin muxtariyyəti arasında sülh nizamlanması planını hazırlamaq.
Sarkozi Fələstinin dərhal BMT üzvü ola bilməyəcəyinə əmin olduğunu bildirib.


