Bəşər Əsədə növbəti şok

Avropa şirkətlərinin Suriyanın neft sənayesinə yeni investisiyalar qoyması qadağan edildi

Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar haqda qərar çıxarmağa hazırlaşır. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, birliyə üzv 27 ölkənin yazılı qərarının şənbə günü qüvvəyə minəcəyi gözlənilir. Həmin qərara əsasən, Suriya kağız və metal pullarının təslim edilməsinə dair bəzi təşkilat və şəxslərə qadağalar qoyulacaq. Bəzi ərəb ölkələri kimi, Suriyanın da pullarının böyük hissəsi ABŞ-da çap olunur.
Yeni embarqolarla adı açıqlanmayan bəzi Suriya təşkilatları və şəxslərin əmlakının dondurulması, səyahət qadağasının tətbiqi və Avropa şirkətlərinin Suriyada yeni fəaliyyətinin qarşısının alınması hədəflənir. Suriyanın neft sektoruna yönəlik yeni sanksiyalarla Avropa şirkətlərinin Suriyada neft axtarışı, istehsalı və göndərilməsi də yasaqlanır. Həmin şirkətlərə Suriyanın enerji sektorunda ortaq iş görmək, bu ölkəyə kredit verilməsi və suriyalı şirkətlərdə pay sahibi olması da qadağan olunur.