Aygün Kazımova 70 min avroya klip çəkdirib

Klip gün ərzində 48 dəfə yayımlanacaq

 

Xalq artisti Aygün Kazımovanın son çəkdirdiyi 70 min avroluq yeni klipi hazırdır. ANS PRESS-in məlumatına görə, “Düşün məni” (mus: Sevinc Tagıiyeva, söz: Sevinc Şirin ) Kral TV-də gün ərzində 48 dəfə yayımlanacaq.

Qeyd edək ki, Türkiyədə oranjeman olunan “Düşün məni” klipini Türkiyədən gələn 22 nəfərlik 1 nömrəli peşəkar heyət lentə alıb. Avqustun sonlarında Bakıya gələn türkiyəli heyətin bütün avadanlıqları Türkiyədən gətirilib. Komanda meqastar Tarkanın “Acımayacaq”, eləcə də Ajda Pekkan, Sərdar Ortac, Funda Arar, Sıla, Murad Boz, Ozan Doğulu, Murad Dalkılıc, Gülşən və bir çox türk ulduzlarının kliplərini çəkib. Xalq artistinin yeni klipi 5 müxtəlif kameralarla fərqli məkanlarda lentə alınıb. Klip çəkilişləri 4 gun fasiləsiz davam edib. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusundadır.