Rikki Martin Azərbaycana gələcək?

Müğənninin «Eurovision-2012»də iştirakı gözlənilir

Bakıda keçiriləcək “Eurovision-2012″ mahnı müsabiqəsində Böyük Britaniyanı 90-cı illərin populyar qrupu ”Spice girls” qrupunun təmsil edəcəyi barədə söz-söhbətləri səngiməmiş, daha bir dünya şöhrətli ulduzun müsabiqədə iştirak edəcəyi deyilir. Bu, Rikki Matindir (anspress).
“YouTube”da yerləşdirilən videoçarxda Rikki Martin “Eurovision-2012″ müsabiqəsində Ispaniya təmsilçisi kimi təqdim olunub. Lakin bu barədə nə Rikki Martinin öz rəsmi saytında, nə də ”Eurovision” mahnı müsabiqəsinin rəsmi portalında rəsmi məlumat var.