Əliyev deputatı niyə şöhrətləndirdi?

Saxta seçkiyə müsbət rəy verməsi Elxan Süleymanova «Şöhrət» ordeni qazandırdı

Ölkə başçısı Ilham Əliyev Şamaxıdan seçilmiş deputat Elxan Süleymanovu “Şöhrət” ordeni ilə təltif edib. Buna səbəb isə onun ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsidir.
Qeyd edək ki, Ilham Əliyevin “Şöhrət”ləndirdiyi bu şəxsin fəaliyyəti deputatlıqla bitmir. O, həm də Azərbaycan Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyasının (AVCIYA) prezidentidir. Bu təşkilat həm də seçki prosesinin monitorinqini həyata keçirir. Yarandığı gündən bu təşkilat bir qayda olaraq seçkilərin demokratik şəraitdə keçdiyini bəyan edib. Onun həyata keçirdiyi “exit-poll”arın nəticəsi MSK-nın elan etdiyi nəticədən fərqlənməyib. Elxan Süleymanovun ölkənin ictimai-siyasi həyatındakı fəal iştirakı məhz saxta seçkiləri təmizə çıxarmaq cəhdindən ibarət olub. Bu fəaliyyəti isə mükafatsız qalmadı. Aldığı “Şöhrət” ordenini məhz bu əməyinin nəticəsi kimi, yaxud ölkə başçısının ona təşəkkürü kimi qiymətləndirmək olar.

Fizzə