Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb

Rino Harnişlə görüşdə nazir tez-tez müharibə bəyanatları ilə çıxış etməyin çox pis ideya olduğu ilə razılaşıb

“WikiLeaks” saytının ABŞ diplomatlarına aid Azərbaycanla bağlı teleqramlarını hissə-hissə dərc etməkdə davam edirik. Bunların arasında ABŞ səfiri Rino Harnişin 2006-cı il aprelin 24-də göndərdiyi teleqramda Azərbaycanın Energetika naziri Natiq Əliyevlə görüşün detalları barədə bəhs olunur.
Ən maraqlısı isə səfirlə görüşün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin müzakirəsilə bağlı hissəsində N.Əliyevin məsələyə tamamliə fərqli nöqteyi-nəzərdən yanaşması olub. Söhbət zamanı energetika naziri dövlət başçısı Ilham Əliyevin müharibə bəyanatlarının əleyhinə gedərək bunun çox təhlükəli olmasına işarə vurub. Dövlət Departamentinə göndərilən teleqramda deyilir: “Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşdə səfir Dağlıq Qarabağ münaqişəsi haqda soruşaraq əlavə edib ki, o, mövzu ilə bağlı olduqca aqressiv ritorika barədə eşidəndə çox həyəcanlanır və bunu kifayət qədər narahatedici hal hesab edir. Əliyevsə cavab olaraq, tez-tez müharibə bəyanatları ilə çıxış etməyin çox pis ideya olduğu ilə razılaşıb. N.Əliyev hiss edir ki, Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində risk etməlidir. “Müharibə hər şeyi məhv edə bilər” deyən Natiq Əliyev əlavə etdi ki, döyüş əməliyyatlarının yenilənmək riskinin olduğu son bir neçə il ərzində Azərbaycan kifayət qədər uğur əldə edib. 

Hazırladı: Rəşad Alp

“WikiLeaks” ARXİVİ:

Əliyev Türkiyəyə yalançı və satqın deyib

İqtidardaxili savaşın şok detalları

XİN əməkdaşları İlham Əliyevi satıb

Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib

İsrail səfiri Əliyevi “satıb”

“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”

Əliyev Kramerlə nəyə görə savaşıb?

Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb

Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib

«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar

Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?

İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

İlham Əliyevin sərvəti kimin adınadır?

“WikiLeaks” müxalifətin də sirlərini yaydı

Əliyev İranı “vəhşi heyvan”a bənzədib