Samir Şərifovun Corc Sorosla nə əlaqəsi?

“Forbes” amerikalı xeyriyyəçinin azərbaycanlı maliyyə nazirinə isti münasibət bəslədiyini yazıb

 

Bugünlərdə məşhur “Forbes” dərgisində dünyaca ünlü xeyriyyəçi Corc Sorosun post-Sovet məkanında baş verən ictimai-siyasi hadisələrdəki rolu barədə maraqlı məqalə dərc olunub.
Xüsusilə rəngli inqilabların baş verdiyi keçmiş Sovet məkanında Soros Fondunun istər dövlət, istərsə də ictimaiyyət nümayəndələri və qeyri hökumət təşkilatları ilə dərin münasibətlərinə işıq tutan yazıda Azərbaycanla bağlı da sensasion sayılacaq sətirlər var. Məqalədə qeyd olunur ki, xüsusilə keçmiş Sovetlər birliyinin Şərqi Avropa və Mərkəzi Asiyada yerləşən ölkələrindəki hər cür qəribə çeşiddən olan investisiya və bəxşişlər Sorosun şəxsi xarici siyasətini təşkil edən başlıca faktordur. C.Soros müxtəlif fondlar və Açıq Cəmiyyət Institutu vasitəsilə keçmiş Sovetlər Birliyi regionunda yerləşən ölkələrə onların qiymətləndirmələrinə uyğun olaraq hər il 500 milyon dollardan çox vəsait yönəldir. Bu həmin, pul sarıdan ac ölkələrdir ki, kifayət qədər kapitala malikdirlər və təbii ki, baş verəcək dəyişikliklər bu kapital üzərindəki nəzarəti də özü ilə birlikdə gətirə bilər.
Məqalənin Azərbaycana aid hissəsində isə Corc Sorosla Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında olan isti münasibətlərdən bəhs olunur. Yeri gəlmişkən qeyd edək ki, bu barədə yerli mətbuatda xeyli yazılıb və görünən odur ki, Sorosun azərbaycanlı nazirlə bağlı xüsusi layihəsinin olması barədə deyilənlər səbəbsiz deyilmiş.
“Soros hazırda Azərbaycanın maliyyə naziri Samir Şərifova dəstək vermək üçün öz imkanlarından effektli şəkildə istifadə etmək üzərində işləyir. Ola bilsin, başqa bir ”Qızılgül inqilabı”nın yardımı ilə. Yeri gəlmişkən, regional hökumət qulluqçuları əvvəlcədən xəbərdarlıq edirlər ki, Sorosun bu məsələlərə müdaxiləsi bölgəni savaşa təhrik edə bilər. “Ermənistan müharibə variantına daha çox maraqlıdır, nəinki Azərbaycan. Onlar Qarabağın işğalı ilə bağlı əlavə hüquqi əsaslar əldə etmək istəyirlər, bu baxımdan təxribat törətmək üçün imkanlar axtaracaqlar. Yəni, müharibə hər an mümkündür, lakin bu, yalnız təxribatla baş verə bilər”, – deyə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bugünlərdə Türkiyənin “Hurriyet Daily News” qəzetinə müsahibəsində bildirib. Azərbaycanın rəsmi şəxsləri isə açıq təəccüblə sual edirlər ki, həqiqətənmi, deyilənlərə görə Dövlət Departamenti və Ağ Evə bağlı müstəqil siyasətçi, yaxud təsdiqlənmiş təmsilçi kimi Corc Soros Ermənistana qarşı Şərifova dəstək verir?! Əslində isə, onların təəccübü, sadəcə bir nəzakət məsələsidir. Onlar düşünürlər ki, əsl həqiqəti və həm də Sorosun Obamanın əmrlərini yerinə yetirdiyini bilirlər. Bu isə onlara vermək üçün çox təhlükəli yanlış bir təsəvvürdür”, – deyə məqalənin Azərbaycana aid hissəsində bildirilir. 

 

Hazırladı: Rəşad Alp