Ətin bahalaşmasının arxasında nə dayanır?

Qiymətlərin qalxmasına səbəb yemdirsə, niyə ət başqa ölkələrdə də bahalaşmır?

Rusiyada 2, Qazaxıstanda 3, Ermənistanda 4, Ukraynada, Gürcüstanda, Qırğızıstanda və Özbəkistanda isə ətin kilosu 5 manatdır

Ölkədə ət də bahalaşdı. Bu bahalaşma 2010-cu ildən bu yana artıq altıncı bahalaşmadır. Sonuncu dəfə ətin bahalaşması bu ilin avqustunda olub. 2010-cu ilin əvvəlində əgər ətin kilosu 5 manat idisə, indi 9 manatdır. 
Hətta bəzi yerlərdə işbazlar bahalaşmadan istifadə edib 10 manata satırlar.

Satıcılar bir kilodan bir manat qazandıqlarını deyirlər

Ətin gözlənilmədən bahalaşmasının səbəblərini ÿöyrənmək üçün kiçik araşdırma apardıq.
Qeyd edək ki, sentyabr ayının əvvəllərindən etibarən Azərbaycanda mal ÿətinin qiymətində ÿsürətli bahalaşma müşahidə ÿolunur. Bakının ÿət bazarlarında satılan malÿ ətinin qiyməti orta hesabla 1 manat – 1 manat 50 qəpik artıb. Bazarlarda ÿət satışıÿ ilə məşğul olan satıcılar deyirlər ki,ÿ əvvəllər malÿ ətinin hər kiloqramınıÿ 7 manata satırdılarsa, indi ÿən aşağıÿ qiymət 8 manatdır.
Qəssablar bir ay öncəyə qədər dana ətinin bir kilosunu 6 manata alıb, 7 manatdan satdıqlarını deyirlər: “Indi 7 manata aldığımız üçün məcburuq ki, 8-9 manata sataq. Danaları əsasən Bərdə-Ağcabədi bazarından alırıq. Biz yerindən baha aldığımız üçün baha satırıq. Ordakı satıcılar isə qiymətin artmağına səbəb kimi mal-qaranın yeminin baha olduğunu söyləyirlər”.
“Yaşıl bazar”ÿ və “Vosmoy” bazarlarında ət satışıÿ ilə məşğul olan satıcılar bahalaşmadan danışarkən yem qıtlığının, yonca otunun baha olmasınıÿ daÿ önəÿçəkirlər:ÿ “Yem yoxdur, ot bahadır, ona görə də ÿətin qiyməti qalxır. Bütün bunlar heyvandarlıqla məşğul olanların xərclərinin artmasına səbəb olur. Nəticədə ÿbiz də əti baha alırıq”.
Bununla belə, satıcılarÿ ətin bahalaşmasınıÿ təkcəÿ yem məhsullarının qıtlığıÿ və heyvandarlığa marağın azalmasıÿ iləÿ əlaqələndirirlər.
Ölkənin müxtəlif regionlarından, xüsusilə də Bərdə və Beyləqanda fərdi təsərrüfatlardan satın aldığıÿ diri heyvanları ÿ”Vosmoy” bazarındakı tacirlərəÿ satmaqla qazanc əldə edən Babək adlı şəxs hazırda rayonlarda da vəziyyətin ağırlaşdığını söyləyir.
Ekspertlər deyirlər ki, bazar iqtisadiyyatında hər hansı məhsulun təklifi artdıqda, istehsal xərcləri aşağı düşdükdə və xarici ölkələrdən ixrac çox olmadıqda həmin məhsul ucuzlaşır. Azərbaycanda isə əks proses baş verir.
Qiymətlərin aşağı düşməsi üçün ölkədə ət istehsalı daha da artırılmalı, bu sahədə nəzarət gücləndirilməlidir.

Dünya standartından üç dəfə az normativ

Azərbaycanda mal və qoyun ətinin bahalaşmasını rəsmi qurumlar müxtəlif bəhanələrlə izah edir. Kənd Təsərrüfatı Nazirliyi və Statistika Komitəsi ətin qiymətinin süni surətdə bahalaşdırıldığını deyir, Iqtisadi Inkişaf Nazirliyi isə onları təkzib edir. Nazirlik bahalaşmanı yem və yem komponentlərinin qiymətinin artması, həmçinin mal-qaranın idxal olunduğu qonşu ölkələrdə ətin bahalaşması ilə əlaqələndirir. Xatırladaq ki, Bakıda mal əti və qoyun əti 8 manat – 9 manat 50 qəpik, bəzi yerlərdə, hətta 10 manata satılır.
Ölkədə əmək haqqı və pensiyaların səviyyəsi ilə müqayisədə bu, çox yüksək qiymətdir.
Illər üzrə gömrük rəsmiləşdirmələri göstərir ki, ətin qiyməti süni şəkildə artırılır. 2007-ci ildə ölkəyə gətirilən mal əti gömrükdə 99 qəpiyə (həmin il dükan-bazarda mal əti 4 manat 60 qəpiyə idi), qoyun əti 1 manat 22 qəpiyə (həmin il 5 manatdan ucuz deyildi), toyuq əti isə 43 qəpiyə (həmin il bazarda 7 dəfə baha, yəni 2 manat 87 qəpiyə idi) rəsmiləşdirilib.
Əslində, ölkədə ətin baha olmasını şərtləndirən digər mühüm cəhət ümumi ət istehsalının azlığıdır. Ölkəmizdə ət istehsalı 2010-cu ildə 253,8 min ton olub. Bu, adambaşına 28 kq ət istehsalı deməkdir. Adambaşına ət istehsalı son illərdə iki dəfədən çox artsa da hələ də yetərli həcmdə ət istehsal olunmur.
Hazırda ətə olan tələbatı daxili istehsalla təmin etmək mümkün deyil. Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, adambaşına ət və ət məhsulları istehlakı orta hesabla ildə 70,7 kq olmalıdır. Halbuki Azərbaycan Nazirlər Kabinetinin normativinə əsasən, bu göstərici 24,7 kiloqram və ya ildə 220 min tondur. Bu, dünya standartından üç dəfə azdır.
Ancaq hökumətin azaldılmış norması da reallıqdan uzaqdır. Rəsmi məlumatlara görə, 2011-ci ilin I rübündə bazara 70 939 ton ət və ət məhsulları daxil olub. Birinci rübdə yerli ət istehsalı 63638,0 ton və idxal 4625,7 ton olub. Ət məhsulları istehsalı (buraya kolbasa məmulatı və ət konservləri daxildir) 1536,3 ton, idxal 1139,5 ton olub. Göründüyü kimi, bazarda ət məhsullarının real həcmi, hətta hökumətin normasına çatmır. Yəni, bu, ət qıtlığını göstərir və qiymət artımına səbəb olur.

Regionun “lider”ində ət bahadır

Bəs rəsmilərin ətin bahalaşması ilə bağlı göstərdiyi səbəblər nə dərəcədə tutarlıdır?
Azərbaycanı regionun, az qala dünyanın ən inkişaf etmiş ölkəsi kimi təqdim edən, yaşayış səviyyəsinin anbaan yüksəldiyini deyən hakimiyyət təmsilçilərinin dediklərini əsaslı hesab etmək olarmı?
Azərbaycanda ətin qiyməti istər qonşu dövlətlər, istərsə də MDB üzvü olan ölkələr arasında ən yüksəkdir. Belə çıxır ki, dünyada yem və yem komponentlərinin bahalaşması Azərbaycana şamil olunub. Məsələn, Gürcüstanda son bir ayda ətin qiyməti 12-13 lariyə, yəni 5 manata qədər yüksəlib. Bunun səbəbi isə yemin qiymətinin bahalaşması deyil, Azərbaycana ətin ixracının artmasıdır.
Hakimiyyət təmsilçilərinin aclıq və səfalətin hökm sürdüyü ölkə kimi təqdim etdiyi Ermənistanda da ətin qiyməti Azərbaycandan ucuzdur. Belə ki, düşmən ölkədə ətin qiyməti 4-5 manat civarındadır.
Xatırladaq ki, bir müddət əvvəl apardığımız araşdırma zamanı Ermənistanda pensiya və əmək haqqının Azərbaycandan az olmadığı məlum olmuşdu. Minimum pensiya isə 85-90 manatdır.
Ukraynada ətin qiyməti 5 manatdan yüksək deyil. Qırğızıstanda 5, Qazaxıstanda isə 3 manatdır. Özbəkistanda da 5 manatdan baha ət tapmaq olmaz. Bu ölkələrin hər birində minimal pensiya ən pis halda Azərbaycanda olduğu qədərdir. Qeyd edək ki, bu ölkələrin hamısı yem və yem komponentlərini xaricdən idxal edir.
Rusiyada isə ətin qiyməti 2 manatdır. Həyat səviyyəsi və əmək haqqı Azərbaycandan yüksək olan şimal qonşumuzda əhali bu qiymətləri də yüksək hesab edir.
Siyahını bir qədər də uzatmaq olar. Ancaq göstərilən faktlar rəsmilərin ətin bahalaşması üçün göstərdiyi bəhanənin yalan olduğunu ortaya çıxarmaq üçün kifayət edir.

Ramin DEKO