Xankəndində yaşayan 13 yaşlı erməni qız Adelina Avagimyanın Azərbaycan prezidentinə yazdığı məktubdan xəbəriniz var, yəqin. Soyuq müharibə dövründə amerikalı yeniyetmənin SSRI rəhbərinə ünvanladığı məşhur məktubu xatırladır – zatən, ermənilərin belə ekstrovaqant istedadı yoxdur, onlar yalnız kimisə imitasiya edə bilərlər.
Amma məsələnin psixoloji tərəfi Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun – ki, Prezidentxananın Siyasi təhlil və informasiya təminatı şöbəsinin gənc və perspektivli şöbə müdiridir – həmən bu erməniyə verdiyi cavabdır. Daha doğrusu, cavabın girişidir. Adam, yəni Elnur Aslanov erməni yeniyetməyə cavabını belə əsaslandırır ki, “Prezident Administrasiyası hər bir Azərbaycan sakininin prezident Ilham Əliyevin adına olan müraciətlərinə diqqətlə yanaşır”.Sərdar Cəlaloğlundan üzü bəri Azərbaycan ictimai-siyasi gündəmində olan tanınmış şəxslərdən tutmuş sıravi vətəndaşlara, jurnalistlərə qədər minlərlə “sakin-vətəndaş” möhtərəm zati-alilərinə dəfələrlə açıq məktubla müraciət edib. Yeri gəlmişkən, belə açıq müraciətlərin birini də bəndəniz yapıb. Nəticəsi nə olub? ATƏT-dən, BMT-dən, Avropa Şurasından, hətta daşdan, qayadan, divardan səs çıxıb, Prezidentxanadan yox! Prezidentxananın nəyə yaradığı və nə iş gördüyü Allahla Ilham Əliyevə bəlli olan 3 min nəfər işçisindən bircəciyi bu cür açıq məktublara açıq cavab verməyi ağlının ucundan belə keçirməyib. Bəs, nəyə lazımdır erməni yeniyetməyə şöbə müdiri səviyyəsində cavab və bu cavabın siyasi yalan və riya ilə əsaslandırılması? Azərbaycan vətəndaşı olası bu yeniyetməyə “bismillahdaca” riyakarlıq etməyin adı nədir? Axı, bundan sonra məktubdakı Qarabağın tarixinə aid yığcam ekskursiya da öz dəyərini itirir! Yəni bunu başa düşmək çoxmu çətindir?
Məsələnin mənəvi tərəfi isə erməninin 13 yaşlısının ictimai statusu ilə bağlıdır. Nə olsun ki, bu təşəbbüs plagiatdır? Fakt ondan ibarətdir ki, Xankəndində yaşayan 13 yaşlı bir erməni qız Azərbaycan prezidentinə “Qarabağ nəyinizə lazımdır” sualıyla müraciət edir, bütün saytlar, informasiya agentlikləri bu xəbəri hallandırır. Bəs, paralelində Elnur Aslanovun “əziz Adelinasının” azərbaycanlı həmyaşıdları haqda nə məlumatlar var?Girin internetə, axtarış verin. Məlum olacaq ki, məsələn, Türkiyənin Iqdır şəhərinin Yaycı kəndində yaşayan azərbaycanlı Beydullayevlər ailəsinin 13 yaşlı qızı Nigar 10 günlük axtarışdan sonra tapılıb. Demə, onu həmkəndlisi qaçırıbmış və zorla saxlayırmış: Nigar ailəsinə qaytarılıb, onu oğurlayan 16 yaşlı Özgür Bulut Akkoç isə həbs edilib.
Indi sual verirəm: Beydullayevlərin Iqdır vilayətində nə itləri azıb? Onlar niyə “dünyada analoqu olmayan” sürətlə inkişaf edən bu xarabadan köçüb Iqdırın hansısa cəhənnəmdərə kəndinə getməlidirlər ki, namusları da ləkələnsin? Beydullayevlər “Inkişafın Azərbaycan modelində” niyə yaşaya bilməyiblər? Biznesmendilərmi? Biznesmen köpəyoğlu Yaycı kəndində niyə məskunlaşır? Beydullayevlər niyə isti yuvalarına, “gündən-günə çiçəklənən” doğma vətənlərinə və Allah bilsin, daha kimlərə və nələrə tüpürüb, hara-hara – Türkiyənin ən geridəqalmış vilayətlərindən birinin ən geridəqalmış kəndinə köçüblər? Son illər açılan bir milyon iş yerindən bircəciyi Beydullayevlərin qismətinə niyə düşməyib? Bu sualları prezidentə ünvanlayıram və xahiş edirəm ki, “hər bir Azərbaycan sakininin Ilham Əliyevin adına olan müraciətinə diqqətlə yanaşan” Elnur Aslanov bunlara da cavab versin! Həm də izah etsin: 13 yaşlı erməni ilə 13 yaşlı azərbaycanlı yeniyetmənin ictimai statuslarındakı bu fərqi yaradan səbəblər nədir?
13 yaşlı erməni və 13 yaşlı azərbaycanlı
Xankəndində yaşayan 13 yaşlı erməni qız Adelina Avagimyanın Azərbaycan prezidentinə yazdığı məktubdan xəbəriniz var, yəqin. Soyuq müharibə dövründə amerikalı yeniyetmənin SSRI rəhbərinə ünvanladığı məşhur məktubu xatırladır – zatən, ermənilərin belə ekstrovaqant istedadı yoxdur, onlar yalnız kimisə imitasiya edə bilərlər.
Amma məsələnin psixoloji tərəfi Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun – ki, Prezidentxananın Siyasi təhlil və informasiya təminatı şöbəsinin gənc və perspektivli şöbə müdiridir – həmən bu erməniyə verdiyi cavabdır. Daha doğrusu, cavabın girişidir. Adam, yəni Elnur Aslanov erməni yeniyetməyə cavabını belə əsaslandırır ki, “Prezident Administrasiyası hər bir Azərbaycan sakininin prezident Ilham Əliyevin adına olan müraciətlərinə diqqətlə yanaşır”.Sərdar Cəlaloğlundan üzü bəri Azərbaycan ictimai-siyasi gündəmində olan tanınmış şəxslərdən tutmuş sıravi vətəndaşlara, jurnalistlərə qədər minlərlə “sakin-vətəndaş” möhtərəm zati-alilərinə dəfələrlə açıq məktubla müraciət edib. Yeri gəlmişkən, belə açıq müraciətlərin birini də bəndəniz yapıb. Nəticəsi nə olub? ATƏT-dən, BMT-dən, Avropa Şurasından, hətta daşdan, qayadan, divardan səs çıxıb, Prezidentxanadan yox! Prezidentxananın nəyə yaradığı və nə iş gördüyü Allahla Ilham Əliyevə bəlli olan 3 min nəfər işçisindən bircəciyi bu cür açıq məktublara açıq cavab verməyi ağlının ucundan belə keçirməyib. Bəs, nəyə lazımdır erməni yeniyetməyə şöbə müdiri səviyyəsində cavab və bu cavabın siyasi yalan və riya ilə əsaslandırılması? Azərbaycan vətəndaşı olası bu yeniyetməyə “bismillahdaca” riyakarlıq etməyin adı nədir? Axı, bundan sonra məktubdakı Qarabağın tarixinə aid yığcam ekskursiya da öz dəyərini itirir! Yəni bunu başa düşmək çoxmu çətindir?
Məsələnin mənəvi tərəfi isə erməninin 13 yaşlısının ictimai statusu ilə bağlıdır. Nə olsun ki, bu təşəbbüs plagiatdır? Fakt ondan ibarətdir ki, Xankəndində yaşayan 13 yaşlı bir erməni qız Azərbaycan prezidentinə “Qarabağ nəyinizə lazımdır” sualıyla müraciət edir, bütün saytlar, informasiya agentlikləri bu xəbəri hallandırır. Bəs, paralelində Elnur Aslanovun “əziz Adelinasının” azərbaycanlı həmyaşıdları haqda nə məlumatlar var?Girin internetə, axtarış verin. Məlum olacaq ki, məsələn, Türkiyənin Iqdır şəhərinin Yaycı kəndində yaşayan azərbaycanlı Beydullayevlər ailəsinin 13 yaşlı qızı Nigar 10 günlük axtarışdan sonra tapılıb. Demə, onu həmkəndlisi qaçırıbmış və zorla saxlayırmış: Nigar ailəsinə qaytarılıb, onu oğurlayan 16 yaşlı Özgür Bulut Akkoç isə həbs edilib.
Indi sual verirəm: Beydullayevlərin Iqdır vilayətində nə itləri azıb? Onlar niyə “dünyada analoqu olmayan” sürətlə inkişaf edən bu xarabadan köçüb Iqdırın hansısa cəhənnəmdərə kəndinə getməlidirlər ki, namusları da ləkələnsin? Beydullayevlər “Inkişafın Azərbaycan modelində” niyə yaşaya bilməyiblər? Biznesmendilərmi? Biznesmen köpəyoğlu Yaycı kəndində niyə məskunlaşır? Beydullayevlər niyə isti yuvalarına, “gündən-günə çiçəklənən” doğma vətənlərinə və Allah bilsin, daha kimlərə və nələrə tüpürüb, hara-hara – Türkiyənin ən geridəqalmış vilayətlərindən birinin ən geridəqalmış kəndinə köçüblər? Son illər açılan bir milyon iş yerindən bircəciyi Beydullayevlərin qismətinə niyə düşməyib?
Bu sualları prezidentə ünvanlayıram və xahiş edirəm ki, “hər bir Azərbaycan sakininin Ilham Əliyevin adına olan müraciətinə diqqətlə yanaşan” Elnur Aslanov bunlara da cavab versin! Həm də izah etsin: 13 yaşlı erməni ilə 13 yaşlı azərbaycanlı yeniyetmənin ictimai statuslarındakı bu fərqi yaradan səbəblər nədir?



