İran Əliyevin hədələnməsinə münasibət bildirdi

Əli Laricani: «Rəsmi şəxslər bəyanatlarında diqqətli olmalı, münasibətlərə ziyan vuran fikirlərdən yayınmalıdır»

 

“Istifadə olunan bəzi söz və bəyanatlar bizim qonşu müsəlman ölkələri ilə münasibətlərimizə xələl gətirməməlidir”. Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu fikirləri Iran parlamentinin sədri Əli Laricani deyib.
Iran parlamentinin spikeri qeyd edib ki, rəsmi şəxslər öz bəyanatlarında diqqətli olmalı və dövlətlərarası münasibətlərə ziyan gətirə biləcək fikirlərdən yayınmalıdır. Laricaninin sözlərinə görə, qonşu dövlətlərlə dostluq münasibətləri qurmaq siyasəti Iran xarici siyasətinin əsas prioritetidir(APA). Xatırladaq ki, bir qədər öncə Iran kütləvi informasiya vasitələri Iran Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi Azərbaycan dövlətinə qarşı təhqiredici bəyanatla çıxış etdiyi barədə xəbərlər yayıb. Bununla bağlı Azərbaycan Xarici Işlər Nazirliyi Irana rəsmi nota verib. Bundan başqa, Azərbaycan Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev iranlı həmkarını səviyyəsiz, savadsız və qeyri-peşəkar açıqlama verməkdə ittiham edib.