ABŞ-ın səsdən 20 dəfə sürətli təyyarəsi

ABŞ səsdən 20 dəfə sürətlə gedən yeni təyyarə sınaqdan çıxarır. Təyyarə Londondan Sidneyə təxminən bir saata, normalda 5 saatlıq hava yolu olan Nyu-York-Los Anceles arasını 12 dəqiqəyə qət edəcək.
Falcon HTV-2 raketlə kosmosa atıldıqdan sonra saatda 13 min kilometr sürətlə dünyaya doğru uçacaq. Hipersonik təyyarənin sınaq uçuşu uğurlu olsa, orbitaltı səyahətdə yeni rekordlara imza atılacaq və super silahlar çağının yolu açılacaq.