Tatlısəs yenidən Almaniyaya müalicəyə gedəcək

Xəstəxanada İboya iş otağı da düzəldiblər

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs yenidən əməliyyat olunacaq. Məruz qaldığı silahlı sui-qəsddən sonra başından yaralanaraq 150 gün ərzində müalicə olunan müğənni avqustun 22-də bu məqsədlə Almaniyaya yollanacaq. Türkiyədə Rometem Darüşşafak Fiziki Müalicə və Reabilitasiya Mərkəzində 70 gündür müalicə alan “İmperator”un Almaniyada 3 həftə qalması planlaşdırılır. Türkiyəyə qayıtdıqdan sonra isə o, yenidən əvvəlki mərkəzdə müalicəsini davam etdirəcək.

Xəstəxanaya çəliklə gələn İbonun artıq sərbəst yeridiyi də bildirilir. Məlumatda o da bildirilir ki, müğənni müalicə aldığı mərkəzdə evində olduğu kimi həyat sürür. Onun olduğu mərtəbədə hətta iş otağı da var ki, buradan ticarət işləri ilə məşğul olur.