ARDNŞ vitse-prezidentinin adı mülk qalmaqalında

Elşad Nəsirov BDU-nun dosentinə məxsus mülkü qanunsuz olaraq  həyat yoldaşının adına keçirib

Bakı Dövlət Universitetinin dossenti Səidə Useynova ilə Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov arasında mülki mübahisə gedir. Bu barədə “Azadlıq” radiosuna S.Useynova və qızı Tubuxanım Qasımzadə danışıb.

Başıbəlalı bağ sahəsi

S.Useynovaÿ deyir ki, mübahisəli mülkiyyətə çevrilmiş bağ sahəsi Mərdəkanda bağlar massivində yerləşir. Bu bağ sahəsi dövlət qarşısındakı xidmətlərinə görə 1954-cü ildə dövlət tərəfindən bir milis generalına bağışlanıbmış. O vəfat etdikdən sonra – 1977-ci ildə qızları məhkəmədə razılaşma müqaviləsi əsasında evi bölüblər. 1983-cü ildə şərikli mülkiyyət olduğundan bacılardan biri digər bacının rəsmi razılığı ilə öz hissəsini Useynovlara satıb. S.Useynovanın dediyinə görə, 2002-ci ildə digər bacının sahəsi Useynovlardan xəbərsiz Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun həyat yoldaşı Nərgiz Nəsirovanın adına alqı-satqı olunub. S.Useynova iddia edir ki, əvvəla şərikli mülkiyyətdə alqı-satqı aparılarkən satılan hissə ilk növbədə şərikli mülkiyyətçiyə – yəni ona təklif olunmalı idi. Bundan başqa, sənədləşmədə və alqı-satqıda saxtakarlığa yol verilib”.

“Hasarımızı uçurub sahəmizdə tennis kortu tikdirmişdilər”

S.Useynovanınÿsözlərinə görə, o, şərikli mülkiyyətin başqasına satılmasından mülkün sənədlərini təzələyərkən xəbər tutub: “Torpaq sahəsini özəlləşdirdik, məhkəmə qaydasında bunu təsdiq etdirdik. Torpaq kadastrı aldıq. Əmlak Komitəsindən yeni çıxarış aldıq və görəndə ki, orada şərikli mülkiyyətçi kimi Nərgiz Nəsirovanın adı yazılıb, başa düşdük ki, saxtakarlığa yol verilib. Mülkün bir hissəsi bizdən xəbərsiz qanunsuz yolla Nəsirovanın adına keçirilib. Bu, ötən ilin avqust ayında baş verdi. Elə həmin ayın 21-də bağa köçəndə gördük ki, şərikli mülkiyyətçinin sahəsində tikinti işləri gedir. Vurub bizim hasarı da uçurublar, ərazimizdə tennis kortu tikiblər. Qapı-qapı düşdük ki, bu tikintini kim aparır. Nə fəhlələr, nə də tikintiyə rəhbərlik edən bu barədə heç nə demədi. Bizim otağa bitişik otağa maşınlarla peyin tökmüşdülər. Şərikli mülkiyyətdə, divarla bölünən ümumi evdə necə mal-qara tövləsi etmək olardı, hələ də bizə çatmır”.
T.Qasımzadə deyir ki, şərikli mülkiyyətin alqı-satqısında şərikin üstünlük alıcı hüququnun pozulması, torpaq zəbti və qanunsuz tikililərlə bağlı məhkəməyə müraciət ediblər: “Gördük ki, qarşı tərəfdən heç olmasa üzrxahlıq da yoxdur, 2-3 gün sonra məhkəməyə müraciət etməli olduq. Ötən ilin avqustun 24-dən bu günəcən bu proses gedir”.

Vitse-prezidentdən üzrxahlıq…

T.Qasımzadəninÿ sözlərinə görə, məhkəməyə və başqa instansiyalara şikayətlər etdikdən sonra ARDNŞ vitse-prezidentiÿ Elşad Nəsirovÿvəkiliÿ Vüqar Babalıyevlə birlikdə onların bağ evində olub və üzrxahlıq edib: “Elşad Nəsirov dedi ki, mən sizin təzə qonşuyam, bu alqı-satqı olanda xəbərim olmayıb. Bunu mənim adamlarım ediblər. Bilsəydim, imkan verməzdim. Qoymazdım sizin başınıza bu oyunları gətirsinlər, sizi çox incidiblər, indi bilmişəm. Üzrxahlıq elədi, xahiş etdi ki, məhkəmədən iddiamızı geri götürək. Çalışacaq üzrxahlıq kimi hansısa şərtləri yerinə yetirsin, evimizi bərpa etsin. Bizsə qarşılıqlı şərt kəsdik ki, evin bərpasından sonra o, qeyri-qanuni aldığı evi özümüzə satacaq”. Bu görüşü məhkəmədə E.Nəsirovun nümayəndəsi Vüqar Babalıyev də təsdiqləyib.

Məhkəmə

T.Qasımzadə bildirir ki, bu,ÿ E.Nəsirovunÿ onlarla ilk və son görüşü olub. Mülki mübahisə 1 ildir məhkəmə müstəvisində davam edir. Bu müddət ərzində iş E.Nəsirovun vəkili V.Babalıyevin apelyasiya və kassasiya şikayətləri əsasında iki dəfə Bakı Apelyasiya, iki dəfə də Ali Məhkəməyə gedib, geri qayıdıb. S.Useynova deyir ki, bu, süründürməçilik və vaxtı uzatmaq məqsədi güdür.
Məhkəmədə S.Useynova əlavə iddialar da qaldırıb. Yaşadığı evin bir hissəsində tövlə və ayaqyolu tikilməsini özünə və ailəsinə qarşı təhqir hesab edən Useynova buna görə E.Nəsirovdan 100 min manat mənəvi təzminat tələb edir. O, həm də tələb edir ki, E.Nəsirov ərazidəki tikintiləri sökdürsün və ərazini əvvəlki vəziyyətinə qaytarsın.
Məhkəmədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsiÿ Tahir Məhərrəmov Nəsirovlar tərəfindən Komitəyə saxta sənədlər təqdim olunduğunu və bunların əsasında da torpağa şəhadətnamələr verildiyini bildirib.
E.Nəsirovun nümayəndəsi V.Babalıyev sənədlərin saxta olmadığını bildirib. Nümayəndə ümumiyyətlə, bütün iddiaları əsassız hesab edərək məhkəmədən onların təmin edilməməsini xahiş edib. O vəsatətini belə əsaslandırıb ki, istənilən iddianın 3 il müddəti var. Nəsirovlar Useynovların şərikli mülkiyyətçisindən bağ sahəsini 2002-ci ildə alıblar. Useynovlarsa 2010-cu ilədək buna qarşı çıxmayıblar.
S.Useynova məhkəmədə deyib ki, onlar uzun ÿillər alqı-satqıdan xəbərsiz olublar. Bundan ötən il bağa gələrkən söküntü-tikinti işləri aparıldığını görəndən sonra xəbər tutublar.