Dövlət başçısının harada olduğu barədə heç bir məlumat verilmir
İlham Əliyev bir neçə gündür ki, iş başında deyil. Və yenə də dövlət başçısının nədən iş başında olmadığı barədə məlumat verilmir.
Rəsmi qəzetlər yalnız Ilham Əliyevin iri şəkillərini və onun barəsində köhnə xəbərləri dərc etməklə kifayətlənir. Bəzi məlumatlara görə, dövlət başçısı ümumiyyətlə, ölkədə yoxdur. Onun xarici ölkələrdən birində dincəldiyi deyilir. Başqa məlumatlara görə isə İlham Əliyev Azərbaycandadır və bölgələrdən birində istirahət edir.