Suriya diktatoru bir gündə 50-dən çox insanı öldürtdü
Suriyada Əsəd rejiminin dinc vətəndaşlara yönəlik qətliamı davam edir. Hökumət qüvvələri növbəti dəfə Həma şəhərində qırğın törədib. Hökumət bu gün səhər şəhərə ordu yeridərək Həmada qarşılarına keçənləri atəşə tutublar. Ən azı 45 nəfərin öldüyü bildirilir.
Dər əl Zor şəhərininin minaatanlardan atəşə tutulması nəticəsində isə azı 6 nəfərin öldüyü xəbər verilir. Suriyanın İnqilab Koordinasiya İttifaqı 57 əsgər və 2 zabitin nümayişçilərin tərəfinə keçdiyi barədə açıqlama yayıb.
Məlumatlara görə yerli sakinlər barrikadalar quraraq hərbçilərə müqavimət göstərirlər.



