İlham Əliyev təzə adıyla köhnə gəminin açılışını edəcək
5 ilin «təzə gəmisi» ilə milyonlar batırılacaq
Yaxın günlərdə ölkə başçısı Ilham Əliyev Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəminin açılışında iştirak edəcək. Əldə etdiyimiz məlumata görə, bu, 2006-ci ildə Rusiyadan alınmış “Mahaçqala” adlı gəmidir.
Hazırda idarənin işçilərinə köhnə gəminin adını pozaraq onu yeniləmək tapşırılıb. Gəminin yeni adının nə olacağı hələ ki bəlli deyil. Maraqlısı odur ki, gəminin köhnə olmasından ölkə başçısının da xəbəri var. Sadəcə olaraq məqsəd, milyonları silməkdir. Məlumatda o da bildirilir ki, Xəzər Dəniz Gəmiçiliyinin köhnə gəmini yeni adıyla təqdim etməsi ilk belə hal deyil. Dörd il bundan əvvəl eyni hal Zərifə Əliyeva gəmisi ilə də bağıl yaşanıb. Gəmi Z.Əliyevanın adını daşıyana qədər onun nə az, nə çox iki adı olub. Sonradan köhnə adlar pozulub və nəhayət üçüncü ad kimi Zərifə Əliyeva seçilib. Həmin gəminin açılışında I.Əliyev də iştirak edib. Göründüyü kimi, hökumətin korrupsiya əməliyyatları heç bir sərhəd tanımır. Hökumət əlavə milyonlar qazanmaq üçün heç bir tərəddüd etmədən hər üsula əl atır.
İnformasiya şöbəsi