Bu ölkədə prezident hər il dəyişir
Alp dağlarında yerləşən bu ölkənin ərazisində nə vaxtsa qonşulara baş ağrısı yaradan döyüşkən tayfaların yaşadığını təsəvvür etmək çətindir. Səkkiz əsr əvvəl, avqustun 1-də çoxsaylı düşmənlərə qarşı üç kanton – Şvits, Untervalden və Uri birləşib. Birgə səylə düşmənlərin öhdəsindən gələndən sonra konfederasiyanın genişlənməsi prosesi daha sürətlə getməyə başladı.
Hazırda Isveçrə 26 kantondan ibarətdir. 1848-ci ildə Isveçrə Konfederasiyasının əsas qanunu qəbul olundu. Qanuna əsasən, ölkə siyasi, pul və poçt sistemi olan vahid dövlətə çevrildi. Beləcə Avropanın ən qəribə ölkələrindən biri olan Isveçrə yarandı.
41ÿ500 kv kilometr ərazisi və 7,5 mln. əhalisi olan Isveçrə dünyada yüksək iqtisadi potensiala və həyat səviyyəsinə malikdir. Bunun məntiqi izahı var – isveçrəlilər bitərəfliyi gözləyərək yüz illərdi sülh içində yaşayır – ölkədə qayda-qanun yaratmaq üçün kifayət qədər pul və vaxt olub. Isveçrənin bitərəfliyinə zəmanəti 1815-ci ildə Viana konqresi qəbul edib. O vaxtdan ölkə heç bir müharibədə iştirak etməyib. Bitərəflik siyasəti iki dünya müharibəsi dağıntılarından yaxa qurtarmağa da imkan verib.
Uğurlu inkişaf belə olar
Dünyanın ən inkişaf etmiş və varlı ölkələrindən olan Isveçrədə adambaşına düşən ÜDM 59 min 880 dollardır. Iqtisadiyyatın rəqabətə davamlılığına görə isə ölkə dünyada ilk onluğa daxildir. Əmtəə dövriyyəsinin 80-85%-i AI ölkələrinin payına düşür. Inflyasiya cəmi 0,6% təşkil edir.
Avropanın şirin su ehtiyatlarının 6%-i isveçrədədir. Iri çayları və gölləri olan Isveçrə elektrik enerjisi tələbatının 55 faizini SES-lər hesabına ödəyir.
“Müstəqillik hüququ olan kantonlar bu barədə düşünmür”
Eyni zamanda dünyanın ən sabit ölkəsində nüfuzlu beynəlxalq təşkilatların mənzil qərargahları var. Hətta Cenevrədə bütöv bir məhəllə beynəlxalq birlik üçün ayrılıb. Isveçrə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin də vətəni sayılır. Ölkə nə heç bir hərbi blokun, nə də AI-nin üzvüdür.
Isveçrə kantonları əsas qanunları Nizamnamə olan icmalara bölünür. Kantonlar o dərəcədə müstəqildirlər ki, özlərinin konstitusiyası, hökuməti, polis və məhkəmələri mövcuddur. Federal hakimiyyət isə xarici siyasət və dövlət təhlükəsizliyi məsələləri ilə məşğul olur.
Hər bir kantonun istənilən an Konfederasiyadan çıxmaq hüququ var. Ancaq tarixdə hələ belə hal olmayıb – nəinki Avropanın, hətta dünyanın ən firavan ölkəsindən ayrılmağa nə ehtiyac var?
Təsadüfi deyil ki, dünyanın ən gözəl yerlərini “kiçik Isveçrə” adlandırırlar. 60%-i Alp dağları təşkil edən ölkə ilk baxışdan heyran edir. Bu qeyri-adi ölkənin quruluşu da təəccübləndirir. Faktiki olaraq o, üç fərqli ölkədən – Almaniya, Fransa, Italiyadan ibarədir. Isveçrənin dörd dövlət dili var – alman, fransız, italyan və əhalinin cəmi 1%-nin danışdığı retoroman dili. Sıravi isveçrəli ən azı iki dil bilir. Ölkənin bayrağı da düzbucaq yox, kvadratdır. Bu da isveçrə xalqlarının – alman, fransız, italyan və retoromanların bərabərliyini əks etdirir.
Orta aylıq əmək haqqı 4 min dollar
Ölkədə sosial sahə kifayət qədər inkişaf edib. Orta əmək haqqı Almaniya, Fransa kimi ölkələrdən xeyli yüksəkdir və təxminən 4 min dollar təşkil edir. Əgər kiməsə təhsil və tibbi xidmət üçün pul lazımdırsa, kanton bunun üçün lazımi vəsaiti ayırır. Pensiya isə sonuncu əmək haqqının həcmi ilə hesablanır. Ölkədə əmək haqlarının kifayət qədər yüksək olduğunu nəzərə aldıqda bu vəsaitin pensiyaçının ahıl vaxtını rahat keçirməyə imkan verdiyini demək olar. Isveçrənin miqrantlarla bağlı siyasəti də maraqlıdır. Ərəb və Afrika ölkələrindən miqrantları qəbul etmək üçün proqram olsa da, Şərqi Avropadan gələnlər qəbul edilmir.
Təbii sərvəti olmasa da, benzin çox ucuzdur
Ölkədə faktiki olaraq heç bir təbii sərvət yoxdur. Yalnız cüzi həcmdə dəmir filizi, bir neçə kükürd yatağı və bir az uran var. Bununla belə Avropada ən ucuz benzin də Isveçrədədir.
Kənd təsərrüfatı o qədər vacib sahə hesab edilir ki, konstitusiyada onun üçün xüsusi bənd ayrılıb.
Yüksək səviyyədə təhsili olan Isveçrənin ali məktəblərinin nüfuzu artmaqdadır. Bu ölkədə təhsil haqqı kifayət qədər az, aylıq xərclərin təxminən yarısını təşkil edir.
Əhalinin cəmi 4 faizi kənd təsərrüfatı, əsasən maldarlıqla məşğuldur.
Banklar və turizm məkanı
Ölkənin əsas gəlir mənbəyi banklardır. Bitərəflik Isveçrənin bank sistemində də böyük rol oynayıb: hərbi əməliyyatlardan uzaq olan ölkə pul saxlamaq üçün ən etibarlı yerdir – bu pullar Isveçrəyə su kimi axır. Ölkə ən iri kapital ixracatçısıdır. Bank sektoru ÜDM-in 9%-ni təşkil edir.
Ikinci gəlir sahəsi turizmdir. Dağ-xizək kurortları ölkə büdcəsinə böyük gəlir gətirir. Məsələn, 5 min əhalisi olan kiçik Interlak şəhərinin əhalisi turizm mövsümündə (iyul və avqust), həmçinin qışda son dəfə artır. Sermant, Kran-Montan, Saas-Fe dünya şöhrəti qazanıb. Təkcə bir Sermant şəhərində 117 hotel və 1500 apartament var. Göllər ölkəsi olan Isveçrə bütün fəsillərdə turistləri özünə cəlb edir.
Turizmi inkişaf etdirdiyini bəyan edən Azərbaycan hökuməti bundan nümunə götürsəydi, yaxış olardı.
Pendir, saat və şokolad
Isveçrənin vizit kartı pendirdi. Bu məhsulun o qədər çox çeşidi var ki, dükanlarda pendir şöbələri muzeyi xatırladır. Pendir yerli mətbəxin ayrılmaz hissəsidir və hətta limonadın istehsalında da ondan istifadə edilir.
Dünyada məşhur olan Isveçrə şokoladı isə qənnadı sənətinin şedevri sayılır.
Isveçrə saatları ilə də məşhurdur. Bu ölkədə istehsal edilən saatlar keyfiyyətinə və nüfuzuna görə dünyada birinci yer tutur.
Prezident ildə bir dəfə seçilir
Isveçrədə ali icra hakimiyyəti 7 nəfərdən ibarət Federal Şuraya məxsusdur. Onlardan hər biri nazirliklərdən birinə rəhbərlik edir. Prezident isə Federal Şura üzvləri arasında rotasiya qaydasında bir illik müddətə seçilir. Parlament isə proporsional qaydada 4 ildən bir seçilir. Parlamentin qəbul etdiyi bütün qanunlar referendumda rədd edilə bilər.
Bitərəf ölkənin ordusu
Isveçrə heç bir hərbi əməliyyatlarda iştirak etməsə də, orduya kifayət qədər vəsait ayırır. Ölkənin hərbi büdcəsi 3 mlrd. dollardır. 5 minlik daimi ordusu olan ölkədə ehtiyatda hərbi xidmətə çağırıla biləcək 240ÿ200 adam var. Ənənəyə görə, isveçrəlilər hərbi silahını evdə saxlaya bilər.
Bu da inkişaf nümunəsi. Təbii sərvətləri olmayan, kənd təsərrüfatının ancaq bir sahəsi üçün əlverişli mühit olan ölkə dünyanın ən inkişaf etmiş və arzulanan məkanına çevrilib.
Fizzə