Artıq bir aya yaxındır ki, gündəmi gülünc addımlarla dəyişməyə cəhd edən Razi Nurullayev, hər ötən gün ondan ciddi nəticələr gözləyən İlham Əliyev hakimiyyətini məyus edir. “Brend oğlan”ın müxtəlif rayonlarda konfrans adı altında düzənlədiyi şouların dərhal və təkzibolunmaz faktlarla ifşa olunması, artıq ona ümid bəsləyən hakimiyyəti də çıxılmaza salıb. Bu isə oyunu təşkil edənləri və onun icraçılarını digər yollar aramaq məcburiyyətində qoyub.Məsələn, Razi Nurullayev özünə məxsus cebhe.info saytı vasitəsilə DİN və MTN-nə müraciət edib. O, müraciətində onu ifşa etmiş cəbhəçilərə guya AXCP funksionerlərinin təzyiq etdiyini bildirir və həmin adamlar haqda bu qurumlardan cinayət işi açılmalarını tələb edir. Sən demə, Nurullayevin götürdüyü öhdəliyi yerinə yetirə bilməməsinə, uğursuz gedişlərinə görə cəbhəçilər məsuliyyət daşıyırmış.
Biz isə bu uğursuzluğa görə məsuliyyətin Razi Nurullayevin birbaşa özünün daşıdığını faktlarla göstərməkdə davam edirik, edəcəyik də. “Brend oğlan”ın indiyə kimi rayonlarda keçirdiyi bütün “konfrans”lardan ifşaedici faktlar təqdim etmişik. Bu dəfə isə o, İmişlidə yaxalanıb. Heç kimə sirr deyil ki, AXCP-nin rayonlarda tədbir keçirməsinə rəsmən qadağa qoyulub. Hətta evlərdə təşkil olunan kiçik tədbirlər belə, polis zorakılığı ilə dağıdılır, həbslər həyata keçirilir. Amma AXCP adına iddialı olan Nurullayev təşkil etdiyi “konfrans”ı bilirsizmi harada keçirib? İmişli Olimpiya İdman Kompleksində. AXCP-nin rayon mərkəzində yerləşən idman kompleksində rahat, tam təhlükəsiz tədbir keçirməsini təsəvvür edrsizmi?
Amma bu, Razi Nurullayevin İmişli ifşasının hamısı deyil. O, İmişlidə təşkil etdiyi tədbirdə də cəbhəyə aidiyyatı olmayan şəxsləri ətrafına toplayıb, onlardan Əli Kərimli əleyhdarı düzəldib. Gərək Nurullayev bizdən inciməsin. Bu adamların da cəbhəylə heç bir bağlılığının olmadığını faktlarla ictimaiyyətə çatdırmaq məcburiyyətindəyik. Hesab edirik ki, bu faktlar ona iş tapşıranları ciddi düşünməyə vadar edəcək.
Beləliklə, İmişlidə cəbhəçi kimi təqdim edilənlərin bir neçəsi haqda kiçik araşdırma apardıq. Araşdırmalarımız nəticəsində məlum oldu ki, “konfransda” AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin İmişli şöbəsinin sədri kimi təqdim olunan Amil İbişov nəinki cəbhəçidir, onun cəbhə haqqında anlayışı belə yoxdur. Digər tərəfdən, bu şəxsin atası İmişli rayon Hacalmuradlı kənd orta məktəbinin direktorudur. Maraqlıdır, cəbhəçilərin özlərinin və yaxınlarının fəhlə işləməsinə belə, imkan verilmədiyi halda, Nurullayev direktor oğlundan cəbhəci düzəldir. Bərəkallah!
Direktor oğlunun işə qoşulması faktı isə deməyə əsas verir ki, İbişovu bu oyuna yerli hakimiyyət qoşub. Amil İbişovun Facebook səhifəsinə nəzər saldıqda onun özünün də hakimiyyətə bağlı biri olduğunu görmək olur. O, təkcə bu il ərzində öz profil rəsmini iki dəfə prezident İlham Əliyevin rəsmi ilə əvəz edib. Bu şəxsin səhifəsindəki əksər paylaşımlar da hakimiyyətin təbliği ilə bağlıdır.


Razi Nurullayevin təşkil etdiyi “konfransda” “Ali Məclis”ə sədr seçilən Saleh Qafarlı adlı şəxsin də AXCP ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. O, AXCP-yə qarşı müxtəlif təxribatların, iyrənc kampaniyaların yer aldıgı avropa.info saytının əməkdaşıdır. Amma bu gənc, bizə əziyyət vermədən, özü Nurullayevi ifşa edib. O, özünün Facebook səhifəsində nəinki cəbhəçi olduğunu qeyd edib, hətta indiyə kimi heç bir təşkilatın üzvü olmadığını yazıb.

Razi Nurullayevin cəbhəçi kimi təqdim etmək istədiyi digər şəs isə Mehman Muradlı adlı biridir. Mehman Muradlı 2013-cü ildə Qüdrət Həsənquliyevin sədri olduğu BAXCP-yə üzv olub. Bu şəxs haqda internet üzərindən axtarış versəz, qarşılaşdığınız ilk xəbər bu olacaq: “Mehman Muradlı BAXCP-yə üzv oldu”, “Qüdrət Həsənquliyevin müavini həbs edildi” kimi informasiyalarla rastlaşacaqsınız. Adam haqqında araşdırmalarınızı dərinləşdirmək istəsəz, onun həbs olunma səbəbləri ilə bağlı da məlumatlar ala biləcəksiz.
Sonda isə AXCP İmişli Şöbəsinin ötən ilin dekabrın 20-də keçirdiyi konfransın şəklini təqdim edirik.




