Cəbhəçilərdən “Razi əməliyyatı”na daha bir zərbə VİDEO

Hakimiyyətin başlatdığı “Razi əməliyyatı”na cəbhəçilərdən növbəti zərbə. Belə ki, bu gün daha bir cəbhəçi gənc, AXCP Nərimanov şöbəsinin üzvü Bəhruz Tağızadə özünü Əli Kərimlinin əleyhdarı kimi təqdim edərək, Razi Nurullayevlə pul sövdələşməsinə gedib və onun qeyri-ciddi bir insan olduğunu, ətrafına toplaşanları və AXCP-dən qopardığı bir-iki adamı pulla ələ aldığını dəqiqləşdirəndən sonra onu ifşa edib. O, Razi Nurullayevin yanına gedəcəyi haqda əvvəlcədən dosltarına məlumat verdiyini, məqsədinin isə sırf "yeni lider"i ifşa etmək olduğunu bildirib. Bəhruz Tağızadə bu haqda özünün Facebook səhifəsində video və yazılı açıqlama yayıb. Açıqlamada deyilir:

 
"Salam dostlar, bu gün mənim Razi Nurullyayevin yanına getməyim barədə xəbərlər yayılıdı. Bəli, mən, ora getmişdim. Amma ora gedəcəyimi, əvvəlcədən də dostlarım Məmməd İbrahimə, Elçin Şükürlüyə və Bəxtiyar Hüseynə də demişdim. Demişdim ki, gedib onların arasına girəcəm, görüm nə işlərlə məşquldurlar. O müsahibəni də mən vermişdim. Bəzi sözləri istisna olmaqla. Çünki bilirdim ki, o sözləri deməsəm, inanmayacaqlar. Ancaq sonra gördüm ki, mənasız işdir. Gördükləri iş, qeyri-ciddidir. Mənim partiyam AXCP, liderim də AXCP sədri Əli Kərimlidir".