Neft 25 dollara olacaq

Neft üzrə ixtisaslaşmış Andurand Capital investisiya fondunun təsisçisi və rəhbəri Pyer Anduran yaxın vaxtlarda WTI markalı neftin qiyməti bir barel üçün 30 dollardan aşağı olacağını deyib.
 
Anduran 2008-ci ildə neftin qiymətinin artması və sonradan kəskin şəkildə ucuzlaşacağı proqnozunu verdikdən sonra məşhur olub. İnvestorun fikrincə, neftin qiymətləri bir barel üçün  25-50 dollar arasında olacaq.
“Yaxın iki il ərzində WTI markalı neftin 25-50 dollar arasında olacağını gözləyirəm”, –  deyə Anduran bildirib.