«Dünya Xədicənin səsindən məhrum olmamalıdır»

«Mərd Azərbaycan jurnalisti Xədicə İsmayıl 7 il yarım həbs cəzası alıb. Dünya onun səsindən məhrum olmamalıdır». ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Samantha Power öz Twitter səhifəsində belə yazıb.
O, öz fikrini #FreeThe20 həştəqi ilə paylaşıb.