DIN Baş Mühafizə Idarəsində yeni təyinat olub. Bu barədə APA-ya Baş Mühafizə Idarəsindən bildirilib.
Məlumata görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Bakı şəhər Baş Polis Idarəsinin Ictimai Təhlükəsizlik Idarəsinin rəis müavini Daşqın Mehdiyev Baş Mühafizə Idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Xatırladaq ki, bir neçə gün əvvəl Baş Mühafizə Idarəsinin rəis müavini Yaşar Nuriyev tutduğu vəzifədən azad edilib. Onun sərəncamda olduğu bildirilir.
Qeyd edək ki, bu, general-mayor Yaşar Əliyevin Baş mühafizə Idarəsinə rəis təyin edildikdən sonra idarədə həyata keçirilən növbəti kadr dəyişikliyidir. Belə ki, bir müddət əvvəl Baş Mühafizə Idarəsinin Həyati Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polis polkovniki Tapdıq Osmanov da tutduğu vəzifədən azad edilib.
Xaçmaz Rayon Mühafizə Idarəsinin rəisi, polis mayoru Imran Mahmudov həmin alayın komandiri vəzifəsinə təyinat alıb.



