
1990-cı ilin ortalarında o çağkı Nazirlər Sovetinin sədri, hazırkı səfir Həsən Həsənovun Azərbaycan Elmlər Akademiyasının bütün institutlarına telefonoqramma göndərib, Dağlıq Qarabağda kimin könüllü olaraq işləmək istəyinə Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri Institutundan (NKPI) bircə nəfər bu sətirlərin yazarı cavab verib. Özü də kadrlar idarəsinin müdirinin məktəb direktoru təklifini rədd edərək, sıradan bir müəllim kimi işləmək istəyimi bildirdim. Sinəsinə döyənlər uşaqlarını bəhanə edib elə aradan çıxdılar ki! Elə bil mən dovşan saxlayırdım… Bu məsələ elə kağız üzərində də qaldı. Nədən o boyda Akademiyadan heç kim “uşaqlarını” Qarabağa dəyişmək istəmədi. Sonradan akademik Cəlal Əliyevin direktoru olduğu institutdan da bir qızın “mən ağılda” olduğunu bildim.
Çox keçmədi Qarabağ savaşı başladı. Bu dəfə uşaq bəhanəsinin üstünə “elmi bron” da gəldi. Yenə də bu sətirlərin yazarı çağırış vərəqi gözləmədən hərbi komissarlığa gedib, öz diləkçəsilə “bron”dan imtina edib, savaş paltarı geyinib. AMEA Işlər Idarəsi isə döyüşdə olanda yataqxanadakı otağımı 2 körpə uşaqlı ailəmdən alıb, AMEA-ya aid olmayanlara icarəyə verib. Elmlər doktoru həyat yoldaşım məcburən qardaşımın himayəsinə sığınıb. Bu o çağlar idi ki, NKPI-nin direktoru, akademik Musa Rüstəmov məni Moskvaya kompüter kimyası üzrə təhsil almağa göndərir, qayıdan kimi laboratoriya müdiri qoyacağına söz verirdi. Mən isə Moskvanı yox, Qarabağı seçdim. Bu yolda sağlamlığımı itirib, AMEA üzrə yeganə Qarabağ əlili oldum. AMEA-nın bütün prezidentləri – Fəraməz Maqsudovdan tutmuş Mahmud Kərimova kimi daim mənə diqqətlə yanaşıblar. Hətta akademik F.Maqsudov yataqxanadakı otağın əvəzinə iki otaq verməyi təklif etdi, lakin razılaşmadım ki, mənzil veriləcək. Bu elm xadimləri prezidentlər özlərinin yeganə Qarabağ əlilinə mənzil ayrılması üçün dəfələrlə BŞIH-ə sorğu göndərib, müraciətlər ediblər.
2002-ci ildə işlədiyim NKPI-nin tikdiyi evdən mənə də güzəştlə mənzil ayrılması üçün direktor Musa Rüstəmova müraciət edəndə akademik “təmənnasız təmin edilsin” dərkənarı qoydu. Lakin təsərrüfat müdiri Nazim Əsədov məni arxayın edib, sonda mənzilsiz qoydu. Nədən də bu oldu ki, BŞIH 5 mənzil götürdüyündən institut mənə mənzil verə bilmir. Indiyədək mat qalmışam: BŞIH niyə mənimçün nəzərdə tutulan mənzili özünə götürüb? Səbail Rayon Məhkəməsi də bu suala cavab tapa bilmədi. Hakim institutu məhkəməyə çəkməyimi bildirdi (təbii ki, qəti olaraq imtina etdim), BŞIH-in nümayəndəi isə həmin evdən mənzil götürmədiyini bildirdi. Avropa Insan Hüquqları Məhkəməsinə vəkilim Intiqam Əliyevin etdiyi şikayət isə vəkil tutulduğundan sonucsuz oldu. “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 31 və s. maddələrinə görə, bütün qurumlar istifadələrində olan qurğuları, MƏNZILLƏRI əlillərin istifadəsinə verməyə borclu olduqları halda, NKPI özünün yeganə Qarabağ əlilinin hüququnu tanımadı. 2003-cü ildə akademik Cəlal Əliyev etdiyim müraciətə cavab olaraq ƏƏSMN-ə və digər qurumlara mənzil problemimlə bağlı sorğu göndərdi.
2005-ci ildə prezident Ilham Əliyevə əhali ilə görüş zamanı məktubum verildi və o, general Vaqif Axundova göstəriş verdi. Lakin oçağkı ƏƏSM naziri Əli Nağıyev KIŞI dediyi mərhum Heydər Əliyevin qardaşının və oğlunun göstərişlərini onun işini tənqid etməyimə görə qulaqardına vurdu. Əli Nağıyevin bu qərəzinin tarixçəsi bir ayağı olmayan Qarabağ əlilinə ƏƏSMN-in əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin (müdiri Əli Axundov) o biri ayağının da kəsiləcəyi halda avtomobillə təmin ediləcəyi barədə dediklərinin mətbuatda işıqlandırmamdır. Prezident az sonra bunları görəvlərindən aldı, lakin Əli Axundovun Nizami RIH-ə keçmiş nazir müavini, hazırkı icra başçısı Tahir Budaqovun şöbə müdiri gətirməsi mənə qarşı gizlin təqiblərin davamına nədən oldu. Əli Axundov yenə də heç bir sənədə əsaslanmadan, 1987-ci ildən AMEA-da, 1998-ci ildən Nizami RIH-də mənzil növbəsində olmağımı qanunsuz saydı ki, qardaşımın öz pulu ilə aldığı kooperativ mənzil guya mənimdir. Bunun belə olmadığını rəsmi arayışla sübut edəndə isə, evi sonradan qardaşımın adına keçirdiyimi yenə də sənədə əsaslanmadan bildirdi və indi də AMEA-dan, ombudsmandan göndərilən sorğulara belə cavab verir.
AMEA-nın Yasamalda mən döyüşdə olanda çıxarıldığım yataqxanadakılar üçün ev tikməsini bilib, qanuni hüququmun təimatı üçün ali hakimiyyət orqanlarına müraciət etdim. Belə ki, 36 ildir elmlər doktoru həyat yoldaşımla AMEA-da çalışırıq, 28 ildir mənzil növbəsindəyəm. Işlər Idarəsinin müdiri Fətəli Abdullayev yazdı ki, yataqxanadakılar köçürüləndən sonra yer qalsa, mənzilə daha çox ehtiyacı olan elmi işçilərə də mənzil ayrılacaq. Təbii ki, bu cavabla razı olmadım və bildirdim ki, 28 ildir gözləyirəm, halbuki məni gözləməlidirlər. Işlər Idarəsinin işləklərindən hüquq mühafizə orqanlıarına, Hesablama Palatasına etdiyim şikayətlər əsasında bu idarənin pozuntuları aşkarlandı. Işlər müdirinin müavini Sərdar Əliyev əlaltıları Nazim Əsədova və Bahadur Ağayevə barəmdə kompromat toplamağa göstəriş verib. Bunlar da heç bir sənədə əsaslanmayan dedi-qodularla bir neçə mənzilimin, fərdi evimin(??) olmasına dair akt(??) tərtib ediblər. “Əhməd haradadır” filmində deyildiyi kimi, “Dostluq parkı”ndakı, xaricdəki onlarla milyon dollarlıq villam barədə niyə susurlar? Başım açılsın, bunları da Sərdar Əliyev kimi xüsusi ittiham qaydasında cinayət işi qaldırmaq üçün məhkəməyə çəkəcəyəm. Fikrimi öyrənmədən barəmdə bunların qurama açıqlamasını yayan saytları da eləcə. Mənim adıma qələmə verilən qardaşımın evidir.
Digər əlil kimi verilən 38 kv.m.-lik mənzili isə hələ tikilməmişdən NK-nın, BŞIH-in, PA-nın məmurları zəbt edib (10-AA-288, 10-PP-288 nömrəli NK-ya, PA-ya məxsus maşınların əlillər evini dayanacaq etməsi də bunu sübut edir. Evin açılışının prezidentin xarici səfərdə olması çağına düşməsi isə onun “yüksək” səviyyədə zəbt olunmasının göstəricisidir. Fikir verin, bu evin adi pantüsü, kanalizasiyası, istirahət və uşaq meydanı, yaşıllığı belə yoxdur, dörd tərəfdən hasara alınıb. Qapalı qazamat buradan işıqlıdır. Ona görə də 24 dekabr 2012-ci ildə dövlət başçısına ərizə verib, həmin mənzildən tələbata uyğun olmadığına görə imtina etmişəm. Bir daha bildirirəm ki, bu 36 ildə AMEA-dan adi sanatoriya yollayışı da görməmişik. Nəinki mənzil, bağ torpağı və s. AMEA-nın balansında olan torpağı başqa dövlət qurumları satın alıblar. Niyə? AMEA qoy buna cavab versin, məni “məktub”la yoxlayırlar? ƏMDK-ya sorğu verib, 8 nəfəri daim qeydiyyatda olan ailə üvlərimin adına əmlak olub-olmamasına cavab alsınlar. AMEA heç kimin şəxsi əmlakı deyil və ola da bilməz. Mənzilləri isə həmkarlar bölməlidir. Daha işlər idarəsi rüşvətlə “mənzili ver villaları olanlara, birini də üstəlik” prinsipi ilə bölməli deyil.
Istənilən halda, 28 il mənzil növbəsinə dayanan, 36 ildir AMEA-da işləyən elmi işçi, AMEA üzrə yeganə Qarabağ əlilinə qarşı qərəzin kökündə mənzilləri rüşvətlə bölmək dayanır. Elə buna görə də 1-ci xanımdan, akademik Arif Mir Cəlal oğlu Paşayevdən, digər görkəmli elm xadimlərindən AMEA prezidentinə göndərilən məktublar da elə işlər idarəsinin işləklərinə qurban gedir. Işğal bölgəsindən olduqlarını bildirən işlər müdiri və müavininin Qarabağ əlilinə qarşı işğalçılıq siyasətinə kim son qoymalıdır?
Məğrub Bədəlli


