Mingəçevirdə cəbhəçilər həbs olundu

Hakimiyyətin şər siyasəti davam edir
 
Bu dəqiqələrdə "Azadlıq"a daxil olan məlumata görə, səhər saatlarında həbs olunan cəbhəçilərdən biri, Qara Allahverdiyev Mingəcevir Şəhər Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs verilib. 
 
***
Hakimiyyət yenə də “cəbhəçi ovu” na başlayıb. Bu dəfə də Mingəçevir cəbhəçiləri şərin qurbanı olub. Əvvəlcə AXCP üzvü Emil Cəfərlinin ailə üzvləri polis bölməsinə çağırılıb. Bölmədə onlara bildirblər ki, sizin oğlunuz vətən xainidi, hökumətin əleyhin çıxır və.s Daha sonra Emil Cəfərlinin qardaşı Pərvin Cəfərov qardaşının siyasi baxışlarına görə bölmədə saxlanılıb. Mingəçevirdən verilən məlumata görə Pərvin Cəfərova 20 sutka həbs cəzası verilib. Ardınca dünən axşam saatlarında AXCP Gənclər Komitəsinin Mingəçevir şəhər şöbəsinin sədri Qara Allahverdiyev polis bölməsinə çağıırlıb və hələ də ondan xəbər yoxdu.
 
Mingəçevridən aldığımız məlumata görə bugün Emil Cəfərlinin həyat yoldaşı işdən çıxarılıb. Eyni zamanda bildirildi ki, cəbhəçilərə qarşı şər kampaniyasının başında şəhər icra başçısı, Bakıdan gələn general və polis rəisi dayanır. Ümumiyyətlə, cəbəhçilərə mesaj göndərilib ki, hamınızı həbs edəcəyik.
 
Hadisələrin gedişini diqqətdə saxlayacağıq.