Elçibəy vəfatının 15 illiyində yad edildi FOTO VİDEO

Avqustun 22-i Azərbaycanın demokratik yolla seçilmiş ilk və hələlik sonuncu prezidenti, Milli Azadlıq Hərəkatının lideri, AXCP-nin ilk sədri Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. Bu münasibətlə AXCP rəhbərliyi və fəalları Fəxri Xiyabanda, məzarı önündə Elçibəyi yad edib.

AXCP sədri Əli Kərimli anım tədbirində çıxış edərək, Elçibəyin şəxsiyyəti, Azərbaycan siyasətində, milli azadlıq və demokratikləşmə hərəkatında oynadığı rol, millət və dövlət qarşısında göstərdiyi xidmətlərdən danışıb, onun ideyalarının gerçəkləşməsi naminə onminlərlə fəal insanın hazırda da mübarizə apardığını, AXCP-nin isə bu mübarizənin önündə olduğunu qeyd edib.