
Vyetnamdan sonra Qazaxıstanın da, pul vahidində son 18 aydan bu yana ən böyük devalvasiyanı həyata keçirdiyi bildirilir.
Dünən Qazaxıstanda milli valyutanın ABŞ dollarına nisbətdə kəskin ucuzlaşması qeydə alınıb. 1 dollar 195-198 tengeyə alınıb. Qazaxıstanda səhər saatlarında 1 dollar 188,35 tengeyə, bir az sonra isə 190 tenge təklif olunub.
Günortadan sonra isə tenge daha da ucuzlaşıb və 1 dollar 197 tengeyə alınıb.
Avqustun 18-də isə 1 dollar 188 tengəyə bərabər idi. Son 2 gündə tengə 26%-ə yaxın ucuzlaşıb.
Ekspertlər qeyd edirlər ki, Qazaxıstan Mərkəzi Bankı artıq tengenin devalvasiyası ilə bağlı qərar qəbul edib. Sadəcə, bu, hələlik rəsmən elan olunmur. Təxminlərə görə, yaxın zamanlarda 1 dollar 230 tengeyə qədər bahalaşacaq.
Bu gün tengenin devalvasiyası 4.5 faiz təşkil edib.
Mərkəzi Asiyanın ən böyük neft istehsalçı olan Qazaxıstan ən iri ticarət tərəfdaşları olan Çin və Rusiyanın pul vahidlərindəki enişlərə harmoniya yaratmaq məqsədilə pulunu ucuzlşadırıb.
Xatırladaq ki, 11 Fevarl 2014-cü il tarixində Qazaxıstan Mərkəzi Bankı tengeni devalvasiya edərək dollar qarşısında 155 tengedən 180 tengeyə çıxartmışdı. Sonradan tenge biraz da ucuzlşamışdı. (marja.az)