Səadət Cahangirin poeziyasından Bir acı sürgündəyəm
yollar uzaqda, dostum.
şəhərlər talan olmuş,
krallar saxta, dostum.
Pusqulara salındıq
bir savaş meydanında,
bütün mərdlər asılmış
kəndin baş meydanında.
Yağar yanğın oxları,
içimdə külü çıxar,
bu dava and davası,
kim sağ, kim ölü çıxar.
Bir acı sürgündəyəm
könlüm davada, dostum,
nə bu savaş bitər, gəl,
nə də bu sevda, dostum.


