Lal, kar, kor “vətənpərvər”lər

Rusiyanın Bakıda hərbi baza tikməsinə niyə səssiz qalmısız?

Azərbaycan hakimiyyəti şəxsi maraqlar üzərində qurduğu siyasətini davam etdirməkdədir. Bir tərəfdən antiQərb  siyasəti güclənir, o biri tərəfdən Rusiyaya daha çox səcdə edilir. Indi də şimal qonşumuz Azərbaycanda hərbi baza tikmək qərarı verib. Bəli, Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı Azərbaycanda yeni hərbi bazaların tikiləcəyi anonsunu verib.

Telekanalın məlumatına görə, hazırda Rusiya istənilən hava hücumundan müdafiəÿolunmağa imkan verən “qalxana” sahibdir. “Nebo-U” və “Voronej-DM” radiolokasiya stansiyaları, habelə ÿAvropada raketdən müdafiə ÿsisteminin qorxulu yuxusu olan S-400 “Triumf” zenit-raket kompleksləri bu qalxanın – Rusiyanın Hava Hücumundan Müdafiəÿ Qoşunlarının zərbəÿ gücünü təşkil edir.

Məlumatda daha sonra bildirilir ki, “Voronej” stansiyalarının yenilərinin quraşdırılması təkcəÿ Rusiyada yox, digər ölkələrdə dəÿ davam etdirilir: “2017-ci ildəÿ Azərbaycanda Bakının nəzarətinəÿ verilən Qəbələdəki ”Daryal" RLS-in əvəzindəÿ"Voronej-DM" tipli yeni RLS-in tikintisi başlayacaq. Yeni stansiya müstəsna olaraq Rusiyanın tabeçiliyində ÿolacaq vəÿ bu da imkan verəcək ki, Armavirdəki RLS-in “əlinin çatmadığı” sahələr dəÿ izlənilsin".

Göründüyü kimi, Ermənistanın himayədarı, Xocalı soyqırımının ssenaristi, 20 Yanvar faciəsinin drijoru, Qarabağın işğalına “yaşıl işıq” yandırmış Rusiya bu dəfə daha da irəliyə gedərək Azərbyacanda hərbi baxımdan möhkəmlənmək istəyir.

Başqa vaxt ölkədə “5-ci kolon” axtaranlar, Milli Şuranı “Rusiya proyekti” adlandıranlar, Qəbələ RLS-nin fəaliyyətinin dayandırılmasına görə hakimiyyəti qəhrəmana çevirənlər yenə də susublar. Məntiqlə saxta vətənpərvərlər bu saat alovlu çıxışlar etməli, baş verənləri Azərbaycanın müstəqilliyinə təhdid kimi qiymətləndirməliydi. Amma bu adamlar rejimin əlaltısı olduqlarına görə baş verənlərə don geyindirmək haqqında düşünürlər.

Əslində, Azərbaycanda Rusiyanın hərbi bazasının tikilməsi  hakimiyyətin növbəti dəfə milli maraqları satması anlamına gəlir. Rusiya bugünlərdə Ermənstana 200 milyonluq silah-sursat satdı və heç kimə sirr deyil ki, bu silah-sursat Azərbaycana qarşı istifadə olunacaq. Çünki, Ermənistanın  müharibə apardığı yeganə ölkə Azərbyacandı. Üstəlik, Putin bugünlərdə qondarma erməni soyqırımı abidəsini ziyarət etdi,  qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyana “Böyük Pyotr” ordeni verildi. Yəni Rusiya birmənalı şəkildə mesaj verdi ki, ermənipərəstdir və sona qədər də Ermənistanın mövqeyini dəstəkləyəcək. Indi Bakıda Rusiya hərbi bazasının tikilməsi düşməni “ocaq başına” gətirmək deyilmi?

Vaxtilə böyük risklər hesabına rus qoşunları Azərbaycandan çıxarıldı. Indi isə hakimiyyət asta-asta rus qoşunlarını ölkəyə gətirməyə çalışır. Ümumi mənzərəni nəzərdən keçirəndə görürük ki, baş verənlərdə qətiyyən dövlətin və millətin maraqlarından söhbət getmir. Sadəcə Rusiya öz maraqları üçün bu addımı atmaq istəyir, Azərbaycan hakimiyyəti isə Qərbin təzyiqlərindən sığortalanmaq, demokratiyadan qaçmaq, ölkənin sərvətlərini daha çox mənimsəmək üçün buna razılıq verir.

Məsələyə Rusiya-Ermənistan münasibətlərindən yanaşsaq, belə çıxır ki, hakimiyyət ölkəni bütövlükdə təhvil verməyə hazırlaşır.

Yuxarıda da qeyd etdiyimiz kimi belə bir xəyanətkar sövdələşməyə heç kim etiraz bildirmir. Milli-mənəvi dəyərlərə “keşik” çəkənlər, vətənpərvərlik dərsi keçənlər, dünyada ermənipərəst axtarışına çıxanlar ağızlarına “skoç” bağlayıblar.

Belə bir xəbərin yayılması və Azərbaycan tərəfinin səssiz qalması onu göstərir ki, ən böyük ermənipərəst bu hakimiyyət və onun dəstəkçiləridi. Belə bir təklif ABŞ-dan, Almaniyadan gəlsəydi, qalstuklu vətənşüvənlər mətbuat səhifələrini, telekanalları zəbt etmişdilər.

Anti-milliliyin, Rusiya proyekti olmağın ən bariz nümunəsi növbəti dəfə ortadadır.

Akif