Lukaşenko kartof yığdı FOTO

Belarus prezidenti Aleksandr Lukaşenko istirahət günündə oğlu Nikolayla birgə “Drozdı” rezidensiyasında məhsul toplamaqla məşğul olub. Prezidentin mətbuat xidməti bildirib ki, onlar 18 sotluq sahənin öhdəsindən 1,5 saata gəliblər. Məhsul sevindirici olub – 70 kisə kartof. Məlumata görə, yaxın günlərdə bütün toplanan məhsul uşaq və qocalar evlərinə veriləcək.
Prezident rezidensiyasında bostan bitkiləri – qarpız və yemişin də yığımı başlayıb. Lukaşenko sahəsindəki qarpızların Astraxan qarpızından dadlı olduğunu deyib. 
Dövlət başçısı bildirib ki, xarici ərzaqlar “bizim orqanizm üçün deyil”.