Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, İstiqlalçı deputat İbrahim İbrahimli
“ Müxtəlif regionlarda münaqişələrin getdikcə kəskin xarakter alması və yeni problemlərin meydana çıxması, yalnız regional və lokal amillərdən qaynaqlanmır, həm də dünya nizamının əsas prinsiplərinin qlobal miqyasda böhran keçirməsindən irəli gəlir. Çünki unversal olarqa qəbul edilmiş qaydalar hələlik mövcud deyi. Mövcud olan qaydalara baxışlar və yanaşmalar isə heç də hər an üst-üstə düşmür, maraqlar zaman-zaman toqquşur. Ona görə də müasir dünyanın ən aktual problemləri üzrə məsləhətləşmələr apararaq ortaq məxrəcə gəlib mümkün əməkdaşlığa nail olmaq üçün xarici siyasətin strategiyası dəyişməli və qüvvələr balansının yaradılması əsas məqsəd kimi qəbul edilməlidir. (Henri Kissincer)
Qlobal nizamın yaranması qlobal həmrəylik tələb edir…
ABŞ-ın xarici siyasətinin patriarxlarından biri hesab olunan Henri Kissincerin "Dünya nizamı” adlı yeni əsəri çapdan çıxıb və bir çox dillərə, o cümlədən Anadolu türkcəsinə də tərcümə olunub. Əsər müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ziddiyyətlərin doğurduğu “nizam böhranı”ndan necə cıxmaqdan bəhs edir. Uzun sürən müşahidə və araşdırmalardan sonra Kissincerin gəldiyi nəticə bundan ibarətdir ki, dünya düzənin əsaslandığı mövcud prinsiplər, daha doğrusu, nizamlılıq konsepsiyası böhran vəziyyətindədir. Rusiyanın Krımı işğal və ilhaq etməsi bu, böhranı daha da dərinləşdirdi və beynəlxalq münasibətlər sisteminə ağır zərbə vurdu. Demək olar ki, iki və çoxtərəfli müqavilələrin taleyi sual altına düşdü. Dünya isti və soyuq müharibədən sonra, bəlkə də ən ağır,ən çətin, ən yeni böhran yaşamağa başladı. Çağdaş siyasətçilərin bohrandan çıxış yolları axtardığı belə həssas bir zamanda Henri Kisencer kimi peşəkar siyasət uzmanın “Dünya nizamı: millətlərin xarakteri və tarixin gedişi barədə düşüncələr”ni ortaya qoyması böhranın həlli zərurətindən irəli gəlir. O, bu zərurəti belə əsaslandırır: “Nə qədər parodoksal olsa da ilk dəfədir ki, dünya nizamından danışmaq və yazmaq mümkündür. Son vaxtlara qədər tarix boyu əsasən dünya nizamı regional nizam olub. Amma indi dünyanın istənilən bölgəsi bir-birilə qarşılıqlı əlaqədə ola bilər. Belə vəziyyət qloballaşan dünya üçün yeni nizamın yaranmasını zərurətə çevirir. Lakin universal olaraq qəbul edilmiş qaydalar hələlik mövcud deyil. Movcud olan qaydalara baxışlar və yanaşmalar isə heç də hər zaman bir-birilə uzlaşmır". Söbət dünyanın yeni nizamının formalaşmasının təməl prinsiplərinin uzlaşdırılmasından gedir. Çünki irili xırdalı bütün dövlətlərin böhrandan çıxışla bağlı öz yanaşması var. Məsələn ABŞ, Avropa, Rusiya, Çinin yanaşmaları bir-birindən fərqlənir. Əsasən də bu,mövqe fərqliliyi maraqların toqquşması ilə müşaiyət olunur.
Realistlər və idealistlər…
Hətta iki qütblü dünya dağıldıqdan sonra faktiki olaraq bir qütblü dünyaya iddia edən ABŞ –ın özündə belə bu problemə yanaşmada fərqli baxışlar və mövqelər mövcuddur: uzun illərdi ki, yeni nizamın yaranması üçün təməl prinsiplərin müəyyənləşdirilməsi ilə bağlı realistlərlə idealistlər arasında mübahisələr gedir. Realistlər Amerikanın xarici siyasətdə konkret vəziyyətə uyğun olaraq qüvvələr balansına nail olmasına, idealistlər isə qərb dəyərlərinin, sərt güc tətbiq etmək bahasına olsa da belə, bütün dünyada yayılmasına üstünlük verirlər. Aparıcı mövqeyə sahib olan "realpolitik"lər qüvvələrin nisbətinin dəqiq hesablanmasına və milli maraqlar konsepsiyalarına əsaslanırlar. Onların mövqeyinə görə, beynəlxalq münasibətlər sisteminin əsas iştirakçıları bir-birinə öz maraqlarını qəbul etdirməyə deyil, azad seçim əsasında, dəyişən vəziyyəti nəzərə alaraq qüvvələr balansının yaradılması strategiyasına üstünlük verməlidirlər. Henri Kissincer bu, əsərində əsasən realizmlə idealizmin sintezindən bəhs edir,daha doğrusu uzun illər mübahisəyə səbəb olan maraqlarla dəyərlərin uzlaşdırılması bağlı yeni təklif irəli sürür. Məsələn, ABŞ-ın Yaxın Şərq siyasətini təhlil edərkən o, qüvvələr balansını yaratmaqla bərabər həm də maraqları və dəyərləri nəzərə almaqla onları bərabər şərtlər daxilində uzlaşdırmağı tövsiyə edir. Və Yeni Dünya Nizamının qurulması üçün 1648-ci ilin Vestfal sülh sazişini istinad nöqtəsi kimi göstərir. Bütün dünya bir neçə əsrdir ki, Vestfal sazişində ifadə olunan prinsiplərə beynəlxalq münasibətlərdə universal qaydalar kimi əməl edir. Hələ o zaman ortaq dil tapan iri dövlətlər kiçik dövlətlərin işlərinə qarışmamaq şərti ilə bu, gün ehtiyac duyulan qüvvələr balansını yaratdılar. Sadəcə beynəlxal münasibətlər sistemində unversal qayda kimi qəbul edilən bu, prinsipləri yeniləmək və təkmilləşdirmək lazımdır. Kisincer dünyanını narahat edən beynəlxalq məsələlərin həllində ortaq məxrəcə gəlmək- məsələn,nüvə silahının yayılması, iqlim dəyişikliyi və terorizm təlükələri ilə bağlı qlobal miyasada ortam yaratmaq və bu ortamda hər dövlətə öz gücünə, öz potensialına uyğun olaraq rol ayırmağı təklif edir. Çünki heç bir dövlət təkbaşına dünya nizamını yaratmaq üçün kifayət qədər yetərli gücə və potensiala malik deyil.
Dünya nizamı ənyeni və ən böyük böhran dövrünü yaşayır…
Təbii ki,hər bir böyük böhran böyük risklər, təhlükələr bərabər həm də böyük fürsətlər, imkanlar yaradır. Hər bir dövlət bu, böyük risklərdən qorunmaq və bu, böyük imkanlardan yararlanmaq üçün yeni təhlükəsizlik düzənində öz yerini, rolunu və mövqeyini müəyyənləşdirməlidir. Təəssüf ki, sözdə güya dövlət marağından çıxış edən , əslində isə şəxsi-korparativ marağını güdən Aərbaycan hakimiyyəti avroatlantik məkana inteqrasiya olunub yeni təlükəsizlik düzənində öz yerini tutmaq əvəzinə ölkəni dünyadan təcrid edir.
P.S.Qüvvələr balansı yaratmaq, maraqları və dəyərləri uzlaşdırmaq üçün indi bir-birini qarşılıqlı şəkildə inkar edən realizmlə idealizmi, daha doğrusu realistlərlə idealistləri barışdırmaq lazımdır. Görəsən, Henri Kissincer missiyanı yerinə yetirə biləcəkmi?


