Ramzan Kadırov hakimiyyətdən getmək istəyir

 
Çeçenistan prezidenti Ramzan Kadırov respublikada hakimiyyətə başqa şəxslərin gəlməli olduğunu deyib. Onlar daha ağıllı və çevik olmalıdır. Bu, regionda iqtisadi məsələlərlə məşğul olmağa imkan verər. Kadırov özü isə siyasətdən getməli olduğunu hesab edir. 
Bu fikirləri o “Ria Novosti”yə müsahibəsində deyib. Kadırovun sözlərinə görə, dəfələrlə istefaya getmək istədiyini yazıb. Çünki siyasətdə onun vaxtı çoxdan keçib. “Lazım olanda orda idim”, – deyə Kadırov bildirib. 
Kadırov yaxşı komandasının olduğunu deyib. Bununla belə o qeyd edib ki, respublikaya kimin rəhbərlik edəcəyini bilmir. 
Fizzə