İcra başçısı Statistika Komitəsinin sədri təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev  Əliyev Tahir Yaqub oğlu Budaqovun Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalyıb.
 
Sərəncama əsasən, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
Həmçinin Azərbaycan Prezidenti Tahir Yaqub oğlu Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında Sərəncam imzlayıb.
 
Sərəncama əsasən, Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilib.