“Wi-Fi”-ın köməyi ilə divarın o tərəfini görürlər

ABŞ-ın xüsusi xidmət orqanları London Universitet Kollecində işləyən alimlərin proqramından istifadə edərək "Wi-Fi" texnologiyasının köməyi ilə qonşu otaqda yerləşən insanların hərəkətini izləməyi öyrəniblər.
 
Fins.az-ın məlumatına görə, yeni texnologiya qalınlığı 25 santimetr olan beton divarın arxasındakı insanların hərəkətini izləməyə imkan verir. Mütəxəssislərin həlli xüsusi xidmət orqanlarını maraqlandırıb. Belə ki, perspektivli texnologiya divarın arxasında yerləşən insanın hərəkətini izləməyə imkan verir. Alimlərin bu həlli "Engineering Impact Award" mükafatına layiq görülüb.