Mətbuat konfransında Lavrovdan təhqiramiz ifadə VİDEO

Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüş zamanı təhqiramız söz deyib. Moskvada avqustun 11-də birgə görüşün nəticələrinə dair mətbuat konfransında Lavrov görüşün 42-ci dəqiqəsində krallığın xarici işlər naziri Adel əl-Cübeyri dinləyərkən “debil…” ifadəsini işlədib. Rusiya XİN başçısı mikrofonun sönük olduğunu və onun heç kimin eşitmədiyini düşünüb. Onun sözləri Russia Today telekanalı tərəfindən çəkilərəq internetə yerləşdirilib. Lavrovun bu sözü həmranına dediyi güman edilir.  
Sergey Lavrovun və Adel əl-Cübeyrin görüşündə Suriya prezidenti Bəşər Əsədin taleyi həll olunurdu.
Qeyd edək ki, Sergey Lavrov diplomat görüşlər zamanı rus dilin bilməyən həmkarlarının yanında təhqiramiz sözlərdən istifadə etdiyini özü də etiraf edib.