Günün ulduz falı (12.08.2015)

«AZADLIQ»IN RƏSƏDXANASI

 

QOÇ

Yeni imkanları dəyərləndirmədən onlardan dərhal yararlanmağa çalışmayın. Baş verənləri düzgün anlayın. Gərginlikdən yorulacaqsınız. Istirahət edin.

BUĞA

Hər hansı bir işi görməmişdən əvvəl yüz ölçüb bir biçin. Buna enerjinizin, qüvvənizin çatacağı mövzusunda hesabınızı düzgün aparın. Yorulmaq ehtimalı var. Axşam saatlarında dincəlin.

ƏKIZLƏR

Ailə üzvlərinin problemləri ilə məşğul olun, onların istəklərini yerinə yetirməyə çalışın. Izdihamlı tədbirlərə qatılmağınız məsləhət deyil. Etibarınızı doğrultmamış insanlardan qaçmağa çalışın.

XƏRÇƏNG

Alış-veriş zamanı böyük məbləğdə pul xərcləməyin. Güc və imkanlarınızı düzgün dəyərləndirin. Başqalarının təcrübəsindən, yeri gələrsə rəqiblərin əməllərindən faydalanmağa çalışın. Məqsədə doğru hərəkət edin.

ŞIR

Çox iddialısınız. Ulduzlar qənaətcil olmağa çağırır. Pulu sağa-sola xərcləməkdənsə, yaxşı olar ki, onu qazanmağın yollarını araşdırasınız. Vaxtınızı boş işlərə sərf etməyin.

QIZ

Qənaətcil olun, planlaşdırmadığınız alış-verişə çıxmayın. Əyləncəyə pul xərcləməyin. Yaxşı tanımadığınız adamlara etibar etməyin. Bu gün istər professional, istərsə də şəxsi müstəvidə uğur qazanmaq şansınız var.

TƏRƏZI

Işlərinizi sahmana salın. Boş vədlər verməyin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Eyni vaxtda bir neçə işi görmək istəyi artıq problemlər yaradacaq. Bu səbəbdən də tələsməyin.

ƏQRƏB

Çətin gündür. Kimlərsə sizin etibarınızdan öz maraqları naminə istifadə edəcək. Günün çatışmayan cəhəti mənəvi dəstək ala bilməməyinizlə bağlıdır. Yaxın ətrafınızı sizi anlamamaqda və dəstəkləməməkdə ittiham edəcəksiniz.

OXATAN

Bu gün yeni əyləncə tapacaqsınız. Işə marağınız azalacaq. Bürcün bir çox nümayəndələri bu səbəbdən iş yerlərini dəyişmək fikrinə düşəcəklər. Bu istiqamətdə tələskənliyə yol verməyin.

 

OĞLAQ

Vacib məsələlərin həlli üçün əlverişli gündür. Çalışmağınızın nəticəsi məhsuldar olacaq. Günün qanqaraldıcı tərəfi maliyyə çətinliyi ilə bağlıdır. Xoşbəxtlikdən bu, müvəqqəti xarakter daşıyır.

DOLÇA

Bu gün buraxdığınız ən xırda səhv belə, sanki qəsdinizə işləyəcək. Bu səbəbdən sakit olmağa çalışın. Vacib görüşə gedərkən xarici görkəminizə diqqət yetirin. Zərgər dəqiqliyi tələb edən işləri bu günlük təxirə salın.

BALIQLAR

Sakit gündür. Həm yaxınlarınızı, həm də özünüzü artıq həyəcandan müdafiə edəcəksiniz. Professional problemlər asanlıqla həllini tapacaq. Gəlir gətirəcək əməkdaşlıq təklifi də istisna deyil. Romantik və ailə münasibətləri yaxşı olacaq.