Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla həyat yoldaşı, politoloq Arif Yunusun növbəti məhkəmə prosesi başlayıb. Əvvəlki məhkəmələrdə olduğu kimi, bu dəfə də məhkəmə yarıqapalı keçirilir. Bir sıra mətbuat nümayəndələri bayırda qalıb.
Proes zamanı Leyla və Arif Yunusların məhkəməsi vəkillərin vəsatəti əsasında təxirə salınıb.
Bu haqda AzadlıqRadiosuna vəkil Əfqan Məmmədov məlumat verib.
Proses avqustun 13-də davam edəcək.


