Kiborq polis eşitmişdim, filminə baxmışdım, ama traktor polis… bunu ilk dəfə Səbayel rayonunda evləri söküləsi şikayətçi qadınların aksiyasında xox gələn polisin dilindən duydum. Polis zabiti aksiyaçılara “Sizi şumlayaram”,- deyə meydan oxuyub. Əslində, traktor zərərli texnika deyil. Təhqir də deyil, üstəlik, polis zabiti özü o sözü dilinə gətirib. Müasir zaman olduğuna görə, adamın ağlına xış yox, avtomatik olaraq çağdaş sənaye texnikası gəlir. Həm də indi traktora daha çox ehtiyac var, rayonlarda yaşayanlar bunu daha yaxşı bilir. Bəzən elə olur ki, traktor üstə əməlli-başlı qan tökülür. Polis də bir növ qan tökülməsinin qarşısını almaq üçün deyilmi? Qarşıdan payızlıq şum gəlir, görəsən, polisin xidmətindən yararlanmaq olarmı? Mitinqlərdə aparılan şumlama işləri də göstərir ki, polis “şumlaram” dedimi, məhsulun bərəkətinə bəri başdan arxayın olmaq olar.
Kamal Vəlişovun kişi sözü
“Azadlıq”ın reportyoru elə həmin aksiyadan olan reportajında yazır: “Vəziyyətin gərginləşdiyini görən Kamal Vəlişov sakinlərlə danışığa getdi. Rəis müavini sakinlərə dedi ki, narahat olmasınlar, onların evləri sökülməyəcək. Sakinlər məhkəmə qərarını göstərdikdə isə Vəlişov bildirdi ki, 14 ildir rayonun rəis müavini işləyir, belə qərarlar heç də həmişə həlledici olmur”. Bundan sonra Vəlişov sakinlərə məsləhət görüb ki, Prezident Administrasiyasına qəbula getsinlər, problem həllini tapacaq: “Siz gedin ora, danışın. Desələr ki, evləriniz söküləcək, gəlin aksiyaya başlayın, mən də sizə qoşulum, lap qabağınızda da gedim”.
Şikayətçilərin inanmadıqlarını hiss eləyən polis məmuru onlara polis kimi yox, Kişi Kimi söz verdiyini deyib. Sözümün canı da elə bu Kişi sözündədi. Dərhal belə bəyanat verirəm: Vəlişov bu hakimiyyətin əleyhinə işləyir. O, çox yaxşı bilir ki, Rövnəq Abdullayevlə heç kim ayaq-ayağa qoya bilməz. Deməli, problem həllini tapmayacaq. Kişi kimi söz verdiyinə görə də, Vəlişov,- yeri gəlmişkən, o öz sözünə tüpürən adama qətiyyən oxşamır,- aksiyaçıların qarşısında gedəcək. Üsyana qalxacaq, xalqının tərəfinə keçəcək. Hakimiyyətə qarşı duracaq. Məncə, bu tip məmurlar ən yaxşısına layiqdi – prezident də ola bilər, baş nazir də, MM sədri də, hələ desən, daxili işlər naziri də. Ancaq neynəyəsən ki, belələri ən yaxşı halda müavin olurlar. Bəlkə də elə yaxşı olub ki, Vəlişov rəis olmayıb.Nə isə, sözün düzü, son vaxtlar bu qədər maraq elədiyim ikinci bir şey olmayıb. Bu kişi sözünün axırı necə qurtaracaq? Axı bura Azərbaycandı.
Əliyevin əminəvəsi
Ötən ay prezident sarayına atılan raket zərbələri nəticəsində ağır yaralanaraq müalicə olunmaq üçün Səudiyyə Ərəbistanına yollanan Yəmən diktatoru Əli Abdulla Saleh 34 gündən sonra nəhayət ki, ictimaiyyət qarşısına çıxıb… Saytlarda Salehin şəkilləri yayınlanıb. Açığı, şəkli görəndə ürəyim sıxıldı. Əvvəlki Salehə baxanda indiki o qədər miskin görkəmdədi ki, heyrətə gəlirsən. Heyrətə gətirən onun dəyişilən siması deyil, hələ də şiddətinə xələl gəlməyən hakimiyyət hərisliyi, taxt-tac ehtirasıdı. Adam hələ də anlamayıb ki, ömür qaşla göz arasındadı, anlamayıb ki, axırı çatıb, daha hakimiyyət ehtirasına qapılmaq, yuxarıdan getmək üçün çox gecdi. Yeri gəlmişkən, Heydər Əliyevin əminəvəsi peyda olub və dünyanın diktaturalarla işbirliyinə son qoyduğu vaxtda Əliyevlərlə öz qohumluq bağlarını bərpa eləmək istəyir. Bu yaxınlarda vəzifədən çıxarılmış biri isə deyirdi ki, yaxşı oldu işdən çıxdım, deyirlər 5-6 ay çəkməyəcək, nəsə böyük dəyişikliklər olacaq ölkədə. Onda onu vəzifəsinə qaytaracaqmış yeni gələnlər – bunlarla vaxtında yolları ayrıldığına görə