Elçin Şıxlı: «Azərbaycanda jurnalist haqlı mövqedədirsə, peşəkar işləyirsə və baş verən hadisələri olduğu kimi yazırsa, hər zaman problemlərlə üzləşə bilər»
Arif Əliyev: «Vicdanlı fəaliyyət jurnalistləri daha çox üzü həbsxanaya tərəf istiqamətləndirir»
Jurnalistikaya cəmiyyətdə marağın olmamağı, bu peşənin sahibi olmaq istəyən abituriyentlərin sayında kəskin azalma mətbuatla yanaşı, sosial şəbəkələrdəÿdəÿciddi müzakirələrə yol açıb. Bir müddət əvvəl ölkədə üç ən prestijli peşədən biri kimi qəbul olunan jurnalistika sahəsinə üz tutanlar bu il ayrılan yerlərin sayından da xeyli az olub. 2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində “Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılmasına baxmayaraq, bu ixtisas üzrə imtahan verənlərin sayı cəmi 163 nəfər təşkil edib. Qabiliyyət imtahanının nəticəsinə görə isə 57 nəfər məqbul qiymət alıb.
Nəticə etibarilə 198 plan üzrə qəbul həyata keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cəmi 57 nəfər potensial jurnalist qəbulu ilə kifayətlənməli olub.
Cəmiyyətin jurnalistika sahəsinə münasibətini şərh edən “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, bu peşənin sahibi olmaq istəyənlərin sayının azalması bu günün və ya dünənin hadisəsi deyil. Bu proses uzun illər əvvələ gedib çıxır: “Mən 15 il əvvəl Bakı Dövlət Universitetində jurnalistika ixtisası üzrə dərs deyərkən bu ixtisas üzrə təhsil alan 25 nəfərdən maksimum 3-ü sırf jurnalist olmağı qarşısına məqsəd qoymuşdu. Göründüyü kimi, bu sahəyə marağın azalması prosesi çoxdan başlayıb. Qabiliyyət imtahanı tətbiq ediləndən sonra bu sahəyə yaxın duranların sayı azalıb. Çünki bu üsulla qəbul test üsuluna nisbətən çətin olduğundan, bu ixtisası sırf jurnalist kimi çalışmaq istəyənlər, bu peşəyə yiyələnməyi arzu edənlər seçir”.
Elçin Şıxlının sözlərinə görə, ixtisas seçimində 1000 nəfər jurnalistika fakhltəsini yazıb, əslində isə onların cəmi 10-u bu peşəyə yiyələnmək istəyəcəksə, ondanda 198 qəbul planı üzrə 100 nəfərin sırf bu ixtisası seçməsi daha məqbuldur: “Beləliklə heç olmasa, 20 nəfər peşəkar jurnalist yetişər”.
Elçin Şıxlı yaranmış vəziyyəti həm də ölkədə jurnalistikanın nüfuzdan düşməsilə əlaqələndirir: “Buna səbəb, ilk növbədə hazırda ölkədə söz azadlığının olmamasıdır. Digər tərəfdən, ”xalq jurnalistikası" deyilən anlayış var ki, bu da peşəkar jurnalistikaya ən böyük zərbədir. Insanlar elə düşünür ki, onlar hər zaman jurnalist kimi çıxış edə bilər, xüsusən də sosial şəbəkələrdə.ÿBu gün demək olar ki, hər kəs sosial şəbəkələrdədir. Problem ondadır ki, kimsə orada hər hansı bir xəbəri paylaşan kimi özünü jurnalist hesab edir".
Elçin Şıxlının sözlərinə görə, digər bir səbəb isə hazırda müstəqil, tənqidçi jurnalistlərə qarşı təzyiqlər, o cümlədən həbslərdir: “Bu gün jurnalist haqlı mövqedədirsə, peşəkar işləyirsə və baş verən hadisələri olduğu kimi yazırsa, hər zaman problemlərlə üzləşə bilər”.
Bununla belə, Elçin Şıxlı onu da əlavə edib ki, jurnalistika bir həyat tərzidir: “Əgər jurnalist həyat prinsiplərini ədalət anlayışı üzərində qurursa, qanunların işləməyini istəyirsə, ədalətsizliyə qarşı dözümsüzdürsə və haqsızlığı açıq formada ictimaiyyətə çatdırırsa, deməli, o, peşəsinə qəlbən bağlıdır. Yox, əgər özünü jurnalist sayan kəs sadalanan xüsusiyyətləri özündə görmürsə, bu peşə ilə sırf iş xatirinə məşğuldursa, iş saatı bitdikdən sonra artıq peşə fəaliyyətinin bitdiyini hesab edirsə, deməli, o, bu sahəyə qəlbən bağlı deyil. Əsl jurnalist günün 24 saatı da jurnalistdır”.
Elçin Şıxlının fikrincə, Azərbaycanda bu peşə sahiblərinin əməyinə uyğun əməkhaqqı ala bilməməsi də marağın azalmasına səbəb olan amillərdəndir: “Bu peşə sahibləri çəkdikləri əziyyətin müqabilində danlaq, təzyiq və ya az əməkhaqqı gördüyündə təbii ki, peşəsindən imtina etməli olacaq”.
Daha bir tanınmış media nümayəndəsi, “Yeni Nəsil”ÿJurnalistlər Birliyinin sədri Arif Əliyev də o fikirdədir ki, jurnalistika sahəsinə maraqÿ çoxdan – hələ ÿ90-cı illərdən etibarən azalmaqdadır. Istənilən peşə sahibi fəaliyyəti zamanı özünü təsdiq etməklə yanaşı, həm də maddi qazanc əldə etmək istəyir. Amma bu gün jurnalistikada nə bilavasitə təsdiq imkanları var, nə də maddiyyat məsələsi istənilən səviyyədədir: “Bu baxımdan, təhsilli gənclər seçimlərini edərkən bu amilləri nəzərə alırlar. Bu sahədə artıqÿ peşə romantikası da əvvəlki səviyyədə deyil. Eyni zamanda, bu peşə sahiblərinin sərgilədikləri işlə hər hansı böyük uğura yetişdiyini də görmək olmur. Göstərdikləri vicdanlı fəaliyyət onları daha çox üzü həbsxanaya tərəf istiqamətləndirir. Belə hallar insanların düşüncələrinə siraət edir. Təkcə gənclərin deyil, eyni zamandaÿ cəmiyyətin də jurnalistikaya münasibətinə ÿmənfi təsir göstərir”.
Emil