Stalinin Yaponiyanı işğal planını ABŞ pozub

1945-ci ilin avqustun 24-də sovet bombardımançıları Vladivostok yaxınlığında hərbi bazadan havaya qalxıb dəniz üzərindən Yaponiyanın Xokkaydo adasına bombalar atmalı idi. Woodrow Wilson International Center for Scholars-ın elmi işçisi Sergey Radniçenko Foreign Policy-e yazdığı məqaləsində bildirib. 
Həmin gün səhər saatlarında iki sovet polku qurudan hücuma keçməli idi. Bir müddət sonra isə onlara köməyin göndərilməsi planlaşdırılırdı. Bir neçə gün ərzində iki piyada diviziyası Xokkaydonun şimalını tutaraq adanı iki yerə bölməli idi. 
Xokkaydonun işğal planı təxminən belə idi. Plan İkinci Dünya Müharibəsinin sonunda SSRİ-nin Sakit okean donanmasının komandanı, admiral İvan Yumaşev tərəfindən hazırlanmışdı.  
Yaponiyanın ərazisinə görə ikinci ən böyük adası olan Xokkaydo strateji əhəmiyyətə malikdir. Stalinin adanı tutması Oxot dənizini “sovet gölünə" çevirəcəkdi. Bununla da Sovet hərbi donanmasının Sakit okeanda mövcudluğunu asanlaşdırardı. Məqalədə qeyd olunur ki, sürətli işğal üçün hər şey hazır idi və Stalinin göstərişi gözlənilirdi. 
Avqustun 16-da sovet lideri ABŞ prezidenti Harri Trumendən bu addımı atmaq üçün razılıq istəyib. Bir neçə ay əvvəl ABŞ-ın hərbi nazirliyi SSRİ-yə Xokkaydonu, hətta Xonsyunun bir hissəsini işğal üçün razılıq verməyə hazırlaşırmış. Görünür Xirosima Trumenin gözündə situasiyanın tamamılə dəyişib. Güclü silaha malik Trumen Stalinə yeni şərtlər irəli sürmək üçün özündə əminlik tapdı. 
Stalin isə götür-qoy edirdi və planlaşdırılan tarixə iki gün qalmış əməliyyatı ləğv etdi. 
Müəllif Stalinin niyə Şimali Koreya nümunəsində “Yaponiya Xalq-Demokratik Respublikası” yaratmaq ideyasından imtina etdiyini sual edir.
Böyük ehtimalla Stalin ABŞ-ın Xirosima və Naqasakidə güc nümayişindən qorxub. 
Tarixçilər də iddia edir ki, Yaponiyaya atom bombasının atılması “hərbi zərurətdən” irəli gəlirdi və bu SSRİ-ni qorxutmaq məqsədi daşıyırdı. Ancaq bu addım soyuq müharibəni qaçılmaz etdi. 
Fizzə