Rumıniya prokurorluğu «Lukoyl»un törəmə şirkətini çirkli pulları yumaqda ittiham edib. Ziyan təxminən 2 mlrd dollar həcmində hesablanır. Reyter-in məlumatına görə, həmçinin Petrotel Lukoil neft emalı zavodunun direktoru, Rusiya vətəndaşı Andery Boqdanova qarşı də ittihamlar irəli sürülüb.
İyulda Rumıniya KİV-ləri Rusiyi şirkətinin 2 mlrd avroluq (2,21 mlrd dollar) aktivlərinin həbs olunduğu barədə məlumat yayıb. Ploeşti şəhərində yerləşən Petrotel Lukoil net emalı zavodunun fəaliyyəti isə bir neçə günlüyə dayandırılmışdı.
O zaman zavodunun direktorunun və Rusiya vətəndaşı olan iki əməkdaşının şübhə şəxs kimi nəzarətdə olduğunu deyilirdi. Lakin «Lukoyl» Rumıniya prokurorluğunun rədd etdi.
Daha sonra «Lukoyl»un Petrotel zavodunun satılması ilə bağlı təklif aldığı, lakin onu satmaqdan imtina etdiyi barədə məlumat yayıldı.
Fizzə


