
Əvvəlki ilə nisbətən ötən il bəzi məhsulların, qurumuş qara gavalının, qurudulmuş əriyin, hind qozunun, qabığı təmizlənmiş badamın, qabığı təmizlənmiş qozun, şabalıdın və digər məhsulların idxal qiymətlərində enmələr olsa da satış qiymətlərində bu fərq özünü göstərməyib.
Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
Ekspertin sözlərinə görə, Dövlət Statistika Komitəsinin təqdim etdiyi “2014-cü ilin yanvar-dekabr aylarında malların idxalı və ixracına dair göstəricilər”də yer tutmuş bəzi məhsulların idxal qiymətləri verilib.
Məlumatda 1 kiloqram malın qiyməti ABŞ dolları ilə hesablanıb, mötərizədə isə həmin ilin kursuna uyğun olaraq manatla (yuvarlaq) göstərilib. Qiymət fərqi olduqca yüksəkdir.
Məsələn, limonlar və laymalar, təzə və ya qurudulmuş – 0,30 (0,23 AZN) qəpiyə alınıb.
Ananas, təzə və ya qurudulmuş – 0,30 (0,23 AZN)
Banan təzə, qurudulmuş – 0,91 (0,71 AZN)
Qurudulmuş qara gavalı – 0,43 (0,33 AZN)
Qurudulmuş üzüm – 0,48 (0,37 AZN)
Qurudulmuş ərik – 0,40 (0,31 AZN)
Portağal, təzə -0,31 (0,24 AZN)
Təzə üzüm – 0,31 (0,24 AZN)
Alma, təzə – 0,31 (0,24 AZN)
Təzə armud – 0,34 (0,26 AZN)
Qabıqlı qoz – 0,63 (0,49 AZN)
Qabıqlı püstə – 1,21 (0,95 AZN)
Qabıqlı şabalıd – 0,48 (0,37 AZN)
Hind qozu, quru – 0,40 (0,31 AZN)
Qabığı təmizlənmiş qoz – 0,96 (0,75 AZN)
Qabığı təmizlənmiş badam – 0,45 (0,35 AZN)
Keşyü fındığı, qabığı təmizlənmiş – 0,48 (0,37 AZN).
Qeyd edək ki, dolların manata nisbətən bahalaşmasından sonra Azərbaycan bazarında quru meyvələrin qiyməti 2-4 manat artıb.