Ərdoğan Putinin Əsəddən imtina edəcəyini bildirir

Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Suriya prezidenti Bəşər Əsədə dəstəkdən imtina edə bilər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mətbuata müsahibəsində deyib. 
“Indi Putinin Suriyaya münasibəti əvvəlkindən daha ümidvericidir”, – Asiya turnesindən qayıdan Ərdoğan ingilisdilli Daily Sabah nəşrinə bildirib.   
Onun sözlərinə görə, belə bir təəssürat onda Bakıda Rusiya lideri ilə görüşdən və telefon danışığından sonra yaranıb. 
“Putin daha hesab etmir ki, Risiya sona qədər Əsədi dəstəkləməlidir. Düşünürəm ki, o Əsəddən imtina edə bilər. 
Fizzə