ABŞ administrasiyası amerikalı hərbçilərə müxalifət qüvvələrinə dəstək vermək üçün İŞİD qruplaşmasına qarşı aviasiyadan istifadəyə icazə verib. Bu barədə The Wall Street Journal Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb. Bu addım ABŞ-la Suriya rejiminin rəhbəri Bəşər Əsədlə açıq münaqişə riskini artırır.
The Wall Street Journal-ın məlumatına görə, Pentaqon hökumət qoşunlarına qarşı deyil, İŞİD-ə qarşı hava əməliyyatlarına başlayır. Ancaq müdafiə əməliyyatları zamanı İŞİD-lə yanaşı Suriya hökumət qoşunlarına qarşı da aviasiyadan istifadə ediləcək.
Öz növbəsində Pentaqon nümayəndəsi Elisa Smit qeyd edib ki, ABŞ-ın hava zərbələrinin əsas hədəfi İŞİD-di. Ancaq bununla yanaşı müxtəlif cəbhələrdə vuruşan qruplaşmalar da az deyil.
Xatırladaq ki, bu günlərdə Türkiyə və ABŞ Suriyada İŞİD-dən azad “təhlükəsizlik zona” yaratmaq qərarı verib.
Fizzə


