Apteklərlə dərman depoları arasında gərginlik

Dərman mafiyası dərman vasitələrini köhnə qiymətlə hesablayır

Dərman vasitələri üçün vahid qiymət müəyyən edildikdən sonra apteklərlə dərman depoları arasında mübahisə yaranıb. Bu barədə redaksiyamıza bir qrup əczaçı məlumat verib. Onların sözünə görə, mübahisənin səbəbi depoların vahid qiymətdən əvvəl verdikləri dərmanları yenə də köhnə qiymətlə hesablamasıdır.
“Hələ devalvasiyadan az sonra dərmanların bahalaşacağı deyilirdi. O zaman bəzi apteklər xeyli dərman almışdı. Təbii ki, köhnə qiymətlə. Bundan başqa vahid qiymətdən əvvəl depolar apteklərə xeyli dərman veriblər. Yenə də köhnə qiymətlə. Məlum olduğu kimi indi dərman əhəmiyyətli hissəsinin qiyməti aşağı salındı. Artıq sentyabr ayından yeni qiymətlər tətbiq olunacaq. Indi depolar apteklərə deyirlər ki, onları  vahid qiymətdən əvvəl verdikləri dərmanları sentyabr ayından sonra köhnə qiymətlə hesablanacaq. Yəni, apteklər ziyana düşməmək üçün bu dərmanları sentyabr ayında satmalıdır. Bu isə mümkün deyil”,- deyə əczaçılar bildirir.
Onların sözlərinə görə, dərman mafiyası sadəcə bu işdən də qazanmaq istəyir. Bu isə xeyli sayda aptekin ziyana düşərək sıradan çıxmasına səbəb ola bilər.