Bir gün qabaq həbsdən çıxan ilahiyyatçı, Milli Şuranın üzvüədri və Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bu gün saat 17:00-də Bakıda, "Mədinə gülü" restoranında görüş planlaşdırmışdı. Lakin polis və hüquq-mühafizə orqanlarının mülki geyimli əkdaşları görüşə imkan verməyiblər.
"Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli xəbər verir ki, Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən restoranın ətrafı görüş vaxtına xeyli müddət qalmışdan polis və mülki geyimlilərlə doub. Onlar ətrafdakı insanları ərazidən uzaqlaşdırmağa başlayıb. Görüşə gələnlərə deyiblər ki, tədbir olmayacaq. Lakin jurnalistlərin və görüşə gələnlərin getmək istəmədiyini görüb, zorakılığa əl atıblar. "Azadlıq" qəzetinə məxsus kameranın ştativi əmkdaşımızın əlindən alınıb. Xalq Xəbər saytının əməkdaşı Polad Aslanın isə kamerasını alıblar, özünü də mülki maşınla naməlum istiqamətə aparıblar. Az sonra Polad Aslan sərbəst buraxılıb. Lakin görüşə gələnlərdən bir neçə nəfərin polis bölməlrində saxlandığı deyilir.



