Qlazqoda azarkeşlər Qarabağı necə dəstəklədi? VİDEO

Çərşənbə günü Şotlandiyanın Qlazqo şəhərində, Seltic klubu ilə ilk görüşünə çıxmış Azərbaycan çempionu Qarabağ 1-0 məğlub olub. Matç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilib.
Qarşılaşmadan öncə isə oyunu izləmək üçün Böyük Britaniyanın müxtəlif şəhərlərindən Qlazqoya gəlmiş çoxsaylı Qarabağ azarkeşini görmək olardı.