Qadir Ibrahimli: «Bu qədər itkinin olması gözlənilən idi»
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Neft Fondu qızılın ucuzlaşmasından 103,2 milyon dollar itirib. “Turan” informasiya agentliyi Nevt Fondunun qızıl ehtiyatını analiz edərək bu qənaətə gəlib. Məlumatda bildirilir ki, 2014-cü ilin sonunda Neft Fondu 30 ton qızıl yığıb, bu da onun aktivlərinin 5 faizi qədər olmalı idi. 1 iyul 2015-ci il üçün Fondun aktivləri əvvəlki ilə nisbətən 3,56 faiz azalaraq, 35,78 mlrd. manat olub.
Qeyd edək ki, strateji qızıl ehtiyatı yaradılması barədə qərar 2011-ci ildə qəbul edilib, 2011-ci ilin sonunda Mərkəzi Bankda 28,4ÿmln. dollar məbləğində 513,6 kq. qızıl saxlanılıb. Hökumət o vaxt qızılın qiymətinin əhəmiyyət daşımadığını, məqsədin strateji qızıl ehtiyatı yaratmaq olduğunu bildirmişdi.
2014-cü ilin martında Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov qızılın 1 Troya unsiyasının (31.1034768 qram) 1200 dollara alındığını bildirib. Beləliklə, Neft Fondu qızıl ehtiyatına 1ÿmilyard 157ÿmilyon 462ÿmin 876 dollar xərcləyib. 28 iyul 2015-ci ildə qızılın unsiyası “Forex”də 1093 dollar olub. Bugünkü qiymətlə qızıl ehtiyatı 8,91 faiz və ya 103,2 mln. ucuzlaşaraq 1ÿmilyard 54ÿmilyon 222ÿmin 983 dollar təşkil edib.
Göründüyü kimi, Neft Fondu milyonlarla vəsait itirib. Lakin belə iqtisadi itkilər öz-özünə yaranmır. Görəsən, bu qədər vəsait itkisinə nə səbəb olub?
Iqtisadçı-ekspert Qadir Ibrahimli deyir ki, bu qədər itkinin olması əslində, gözlənilən idi. Çünki qlobal iqtisadi, siyasi böhran şəraitində dünya bazarında qiymətlər enir və nəticədə bu itkilərdən qaçmaq mümkün deyil: “Neft Fondunun bu mənada, gəlirlərinin azalması gözlənilən idi. Sadəcə, hökumətdən asılı olan məsələ bu dalğalara müəyyən qədər hazırlıqlı olmaqdır. Hökumət bu böhrandan minimum itki ilə çıxmağa çalışmalıdır”.
Nigar