
Nizami İbrahimov günün birinci yarısında iş yerinə gəlib və idarənin kollektivini yığaraq onlarla vidalaşıb. Məlumatdan belə qənaət formalaşır ki, Nizami İbrahimov vəzifədən azad edilməklə yanaşı həm onun gömrük orqanlarındakı fəaliyyətinə də xitam verilib.
Eldar İbrahimov cəmi 2 gün əvvəl – iyulun 27-də genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı danışarkən, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin bu məsələdəki fəaliyyətsizliyinə diqqəti çəkmiş, bu dövlət qurumlarını sərt tənqid etmişdi. Sitat: “Geni dəyişdirilən məhsulların ölkəyə buraxılması, onların insanlar satılması dəhşətli cinayətdir. Gərək aidiyyəti qurumlar, şəxslər məhsuliyyətli olsunlar”.
Bundan dərhal sonra Dövlət Gömrük Komitəsi açıqlama yayaraq deputatı təkzib etmişdi. (azərtaym.az)