
İyulun 28-də Azərbaycanın tanınmış vəkillərindən olan Əlayif Həsənovun doğum günüdür. Artıq 20 ildir ki, vəkillik fəaliyyəti ilə məşğul olan Ə.Həsənov bügünlərdə Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıldı. Ə.Həsənov belə bir gündə keçirdiyi hisslərlə bağlı facebook səhifəsində maraqlı qeyd paylaşıb. Onu təqdim edirik:
“Yaşamağa dəyər. Zəmanə isə həmişə çətin olub. Əsas geridə peşmançılıq qoymamaqdır. Bu il vəkillik fəaliyyətimin 20 ili (rəsmi) tamam olacaqdı. Mümkün olmadı. Heç bir şey üçün peşimanlıq duymuram. "Dost" məsləhətlərinə qulaq asıb səsimi qısa, gördüklərimə göz yuma, ümüdlə dikilmiş baxışlardan yayına bilməzdim, bilmədim də. Haqqmda Ali Məhkəmə xüsusi qərardad çıxaranda Vəkillər Kollegiyasında dediyim bir söz olub, qəlbim sakitdir, şikayətim əsasnda günahsz və zavallı birini həbsdən buraxıblar, bu, yetərlidir.
Dostlarıma təşəkkürlər! Telefonuma edilən yüzlərlə zənglərə görə hamıya – onların arasında hərəkatçı dostlarım, siyasətdən kənar insanlar, məmurlar, millət vəkilləri, sadə insanlar var-təşəkkürlər. Onların hər bir sözü insanı yaşamağa, vicdanın səsini heç zaman unutmamağa, arxada peşmanlıq çəkəcəyin bir şeylər buraxmamağa çağrır”.


