Mövsün Hacıyev: «Bu gündən məni AXCP üzvü və Meydan TV əməkdaşı hesab edin»
Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Mövsün Hacıyev Qənimət Zahid və Emin Millinin yaxınlarına qarşı repressiyalara münasibət bildirib.
O, bu barədə “Facebook” səhifəsində yazıb: “Mən heç vaxt AXCP-nin qatı tərəfdarlarından olmamışam. Meydan TV rəhbərliyi ilə də aramızda xeyli fikir ayrılığı var. Azərbaycan hakimiyyətinin siyasi mühacirlərin yaxın adamlarını girov götürmək praktikasına etiraz olaraq bu gündən məni AXCP üzvü və Meydan TV əməkdaşı hesab edin”.